Slimfit
  1. DÜNYA

II dünya müharibəsi zamanı jurnalist kimi çalışan agent qadın

II dünya müharibəsi zamanı jurnalist kimi çalışan agent qadın
Sakura

II dünya müharibəsi zamanı jurnalist kimi çalışan agent qadın

1940-cı ildə fransızların almanlara məğlub olması 6 həftə davam etmişdi. Protez ayaqlı agent qadın Virciniya Holl göstərdiyi bacarıqla müharibənin gedişatını dəyişən insanlardan olub.

II dünya müharibəsində almanların irəliləməsini durdumaq istəyən ingilislər fransada olan almanların arasına casus göndərməyə qərar verdi.

Böyük Britaniyanın baş naziri Uinston Çörçill ingilislərin tək şansı olacaq bu əməliyyat üçün sürətli şəkildə “SOE” adında bir gizli təşkilat qurdu. Agentlərə veriləcək vəzifələr isə olduqca təhlükəli idi.

Virciniya Holl həm amerikalı, həm də qadın olması, üstəlik, ayağının birinin olmamasına görə tam agent profilinə sahib idi. Müharibə başlamazdan əvvəl meşədə ova çıxarkən bir qəza nəticəsində sol ayağını itirmiş Virciniya Holl özü də almanlara qarşı mübarizə aparmaq üçün istəkli idi. Buna görə də o, bu təhlükəli vəzifəni tərəddüd etmədən qəbul etdi.

Amerikalı bir jurnalist olaraq Fransada işə başlayan Virciniya işlədiyi qəzetdə “SOE” təşkilatının çözə biləcəyi gizli şifrələrə yazırdı. İngilislər bundan əlavə radio frekanslarına da sızıb oradan daha rahat şəkildə gizli şifrələr ötürməyə cəhd etmişdilər. Lakin onlar buna nail ola bilməmişdi.

Alman hərbçilərinin hücum taktikalarını və sənayə istehsalı haqqında məlumatlar toplayan Virciniya eyni zamanda Fransanın xilası üçün də çalışırdı. Hətta o, fahişəxana idarə edən Germaine adlı bir qadınla bağlantı qurmuşdu. O, həmin qadın vasitəsi ilə alman əsgərlərini sərxoş və narkotik aludəçisi edə bilirdi. Bu sayədə ona lazım olan bir çox məlumatları toplayırdı. Virciniya bir qadının tək başına göstərə biləcəyi əzmi artıqlaması ilə göstərirdi. Dükançılarla razılaşıb oranı silah deposu etmək, gözəllik salonları ilə razılaşıb xarici görünüşü dəyişməkdə yardım almaq və kimyəvi təmizləmə işçilərinin vasitəsilə gizli mesajlar gödərmək Virciniyanın məharətlərindən sadəcə bir neçəsi idi.

Virciniya həmkarı agent Olivye ilə bir kafedə gizli görüşü zamanı alman zabitləri tərəfindən hucuma məruz qalmışdı. Lakin hər an üçün hazırlıqlı olan cəsarətli qadın alman zabitlərin tələsindən xilas olmağı bacarmışdı. Bu cəsur qadın haqqında Soniya Pernel adlı yazar ‘A Woman of No Importance’ adlı kitab da yazıb. Kitabda Virciniyanın həyatı və casusluğu haqqında geniş detallı məlumatlar yer alır.

İkinci dünya müharibəsi sırasında almanların nəzarəti altında Fransanı xilas etmək üçün bütün cəhdləri edən Virciniya müharibənin taleyini dəyişən ən önəmli fiqurlardan biri olmağı da bacarıb.

.

 

Mənbə: Minval.info

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR