Dərc edildi: Baxış sayı: 481
II Avropa Oyunlarının medalları təqdim olunub
Bu gün Belarusda “Minsk 2019” II Avropa Oyunlarının medalları təqdimat mərasimi keçirilib.
“Report”un məlumatına görə, paytaxtdakı “Mir” qəsrindəki tədbirdə qızıl, gümüş və bürünc medallar nümayiş etdirilib. Bundan başqa müxtəlif şəxslərə xatirə və suvenir medallarının da təqdim olunacağı diqqətə çatdırılıb.
Qeyd edək ki, II Avropa Oyunları 21 - 30 iyunda keçiriləcək. 15 növ üzrə 199 dəst medal uğrunda yarışlara 50 ölkənin idmançıları qatılacaq. 8 növ üzrə mübarizə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. I Avropa Oyunları 2015-ci il 12 - 28 iyunda Bakıda təşkil olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət