Slimfit
  1. İDMAN

"İdman zalları təcili açılmalıdır, əks halda..." - AÇIQLAMA

"İdman zalları təcili açılmalıdır, əks halda..." - AÇIQLAMA
Sakura

"İdman zalları təcili açılmalıdır, əks halda..." - AÇIQLAMA

Bildiyimiz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə sentyabrın 8-dən Azərbaycanda ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə verildi.

Lakin hələ də idman zallarının açılması barədə heç bir məlumat yoxdur. Artıq fitnes və idman zallarında fəaliyyət göstərən məşqçi və müəllimlər də bununla bağlı öz narazılığını dilə gətirir.

Ens.az xəbər verir ki, AQGF Fitnes Mərkəzinin məşqçisi Niyazi Hüseynov məsələylə bağlı Redaktor.az-a  bildirib ki, pandemiya dövründə idman zallarının bağlanması olduqca absurd yanaşma idi:

“Çünki “sağlam bədəndə sağlam ruh olar” deyiblər. İdman zalları açıq omalıdır ki, insanların immun sistemi möhkəmlənsin. İnsanın immun sistemi güclü olduqdan sonra, nəticədə Koronavirus kimi təhlükəli bakteriyalara yoluxsa belə, ona tez qalib gələ bilir. TƏBİB-in isə verdiyi qərarlarla əksinə, insanların ilkin növbədə sağlamlığına, sonra psixologiyasına birbaşa təsir göstərir. İnsan hərəkətsiz qaldıqda immun sistemi zəifləyir”.

Niyazi Hüseynov qeyd edib ki, heç bir ölkədə idman zallarında güclü nəzarət edilmir, ancaq gigienaya riayət edilir:

“Buna elə qonşu Gürcüstanı misal göstərə bilərik. Zalda insanların çoxluğu və ya ara məsafəsi problemdirsə, qeyd etmək istəyirəm ki, şəxsən bizim zalda - AQGF Fitness Mərkəzində hər saatdan bir 10-12 nəfər gəlir. Yəni məşq vaxtı 1 saat 10-15 dəqiqə çəkir. Ara məsafə həmişə qorunur. Çünki hər kəs bir trenajorda, qanteldə və ya ştanqda məşq edir. Heç vaxt məşq edənlər bir-biri ilə söhbət edə bilməz, fikirləri məşqdə olmalıdır. Buna görə də, həmişə məşq edənlərin arasında sosial məsafə olur”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR