Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

İctimai yerlərdə yoluxucu xəstəliklərə diqqət edin

İctimai yerlərdə yoluxucu xəstəliklərə diqqət edin
Sakura

İctimai yerlərdə yoluxucu xəstəliklərə diqqət edin

Qış aylarının gəlməsi ilə birlikdə xüsusi ilə ev, məktəb kimi qapalı yerlər xəstəlik saçır. Bu yerlərdə olan uşaqlar və böyüklər tənəffüs yolu ilə keçən qrip xəstəliklərinə yoluxa biləcəyini deyən mütəxəssislər valideynlərə xəbərdarlıq edir. İnfeksiyaların böyük əksəriyyətinin virus qaynaqlı olduğunu deyən həkimlər antibiotik istifadəsini isə lazımi hesab etmir: “Ciddi yuxarı tənəffüs yollarının infeksiyaları, yüksək hərarət və aşağı tənəffüs yollarının infeksiyası kimi şikayətlər üçün antibiotiklər qəbul edilə bilər. Həkim məsləhəti olmadan, antibiotikə başlanmaq olmaz. Eyni zamanda məktəb kimi toplu yerlərdə qusma, ishal və hepatit A kimi xəstəliklər yoluxa bilir. Bu səbəblə də qış sezonunda 6-8 dəfə həkimə müayinəyə gedilməli, kiçiklər və ya böyüklər, hər kəs əllərini sabunlu su ilə tez-tez yumalıdır”.

Azadinform həmin araşdırmanı təqdim edir:

Peyvəndlər xəstəliklərə qarşı qoruyur

Yoluxucu xəstəliklərdən qorunmaq üçün peyvəndlər yaşına uyğun olaraq edilməlidir.

Uşaqlarda “D” vitamini səviyyəsi yüksək tutulmalıdır

Uşaqları viruslardan qorumağın bir yolu da düzgün qidalanma, yetərli vitamin və mineralın olmasıdır. Eyni zamanda günəşdən yetərincə faydalanıb, “D” vitaminini yüksək tutmaq lazımdır.

Qapalı məkanları mütləq havalandırın

Araşdırmalara görə, xüsusi ilə əlyuma və gigiyena məsələlərinə diqqət edilməlidir: “Toplu yaşanılan məktəb, ev kimi yerlərin havalandırılması infeksiyaların yoluxmasını azaldır. Xəstə insanlarla münasibətdən və ortaq əşya istifadəsindən uzaq durmaq lazımdır. Xəstə uşaqlara asqırarkən və ya öskürərkən ağzını bağlamalı olduğu öyrədilməlidir. Uşaqlar mövsümə uyğun olaraq nə çox, nə də az geyindirilməməlidir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR