Dərc edildi: Baxış sayı: 605
İctimai nəqliyyat iki gün işləməyəcək
Xüsusi karantin rejimi ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətinə yenidən məhdudiyyət tətbiq edilib.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonları ərazisində həftəsonları bütün ictimai nəqliyyatın fəaliyyəti qadağan olunub.
29 avqust saat 00:00-dan 31 avqust saat 06:00-dək ictimai nəqliyyatın fəaliyyəti qadağandır.
Qeyd edək ki, Bakı metrosunun fəaliyyəti də avqustun 31-dək dayandırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət