Slimfit
  1. İQTİSADİYYAT

İcraçı direktor: “Azərbaycan hökumətinin gözlənəcək iqtisadi böhrandan çıxmaq proqramı mövcuddur”

İcraçı direktor: “Azərbaycan hökumətinin gözlənəcək iqtisadi böhrandan çıxmaq proqramı mövcuddur”
Sakura

İcraçı direktor: “Azərbaycan hökumətinin gözlənəcək iqtisadi böhrandan çıxmaq proqramı mövcuddur”

Koronavirus pandemiyası təkcə insanların kütləvi infeksion xəstəliklərə yoluxaraq ölümünə səbəb olmadı, eyni zamanda dünya iqtisadiyyatını qlobal böhrana sürüklədi. Bununla paralel olaraq neftin qiyməti də kəskin enməyə başladı və bu proses davam etməkdədir. Hazırda dünya ölkələrini həm mövcud pandemiya müddətində, həm də post-pandemiya dövründə iqtisadi aktivliyi təmin etmək və bundan minimum itki ilə çıxmaq düşündürür. Bu məqsədlə bir sıra ölkələr artıq antiböhran konsepsiyası hazırlamaqdadır. Azərbaycan iqtisadiyyatı da dünya iqtisadiyatının tərkib hissəsi olduğundan, baş verən proseslərdən təsirsiz ötüşməyəcək. Ona görə də Azərbaycan hakimiyyəti həm mövcud dövrə, həm də post-pandemiya dövrünə uyğun olaraq konsepsiyası mövcuddur. Azərbaycan hökuməti həm pandemiya, həm də post-pandemiya dövründən daha az itki ilə çıxmaq məqsədi ilə bir sıra variantlar hazırlayıb və onları gerçəkləşdirməkdədir. Hökumətin pandemiya və post-pandemiya dövründə iqtisadiyyata dəyəcək mənfi təsirlərin aradan qaldırılması ilə bağlı həyata keçirəcəyi iqtisadi proqramları ilə bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlının mövqeyini öyrəndik. “Ölkə.Az”a açıqlamasında İİTKM icraçı direktoru Vüsal Qasımlı  bildirib ki, qlobal şoklar və pandemiya ölkəmizdə məcmu tələb və məcmu təklifin artım tempinə mənfi təsir göstərir: “Qlobal səviyyədə də tələb-təklif spiralı aşağı istiqamətlənib. Buna baxmayaraq, bu ilin ilk rübündə Azərbaycanda ÜDM-in artımı real ifadədə mümkün olacaq. Xüsusən də, qeyri-neft sənayesi, bitkiçilik, informasiya və rabitə xidmətləri bu artımın əsas drayverləri olacaq. Lakin neft qiymətlərinin kəskin düşməsi fonunda ilin birinci rübündə ÜDM deflyatorunun da aşağı düşməsi proqnozlaşdırılır. Bu da birinci rübdə ölkədə məhsul və xidmət istehsalının nominal qiymətinə mənfi təsir edəcək. ÜDM deflyatorunun azalması tədiyyə balansına, beynəlxalq investisiya mövqeyinə və yığım səviyyəsinə də mənfi təsir edir”. İcraçı derektorun sözlərinə görə, hazırki qlobal iqtisadi böhran şəraitində makroiqtisadi siyasət seçimi iki qərar arasındadır - pandemiyanın qarşısının alınması və resessiyaya yol verilməməsi: “Azərbaycan hökuməti bütün vasitələrdən istifadə edib pandemiyanın qarşısını almaqla yanaşı, həm də bazar iştirakçılarını dəstəkləməklə mümkün itkiləri minimallaşdırmaq xətti seçib”. V. Qasımlının fikrincə, qlobal şokların təsiri altında Azərbaycanda cari əməliyyatlar hesabında, kapital və maliyyə hesabında kəsir yaranarsa, ehtiyat aktivlərlərin həcmi imkan verəcək ki, kəsirin maliyyələşməsi həyata keçirilsin: “Onsuz da, həm qlobal, həm də milli səviyyədə iqtisadiyyatlar itkiyə məruz qalacaq. Əsas məsələ itkini minimallaşdırmaq, xarici borcu nəzarətdə saxlamaq və post-korona dövrünə daha yaxşı hazırlaşmaqdır. Bir məsələ də var ki, Azərbaycanda təklifin artım sürətinin yavaşlaması biznes dövrü ilə deyil, xarici şoklarla bağlıdır. Deməli, xarici şokların təsiri kuliminasiya nöqtəsinə çatıb səngiməyə başlayanda Azərbaycan iqtisadiyyatı da öz biznes dövrünə uyğun inkişafını bərpa edəcək. Hansı ki, qlobal iqtisadiyyatda hətta koronaböhrandan əvvəl də artım tempi yavaşlayırdı. Azərbaycanın xarici borc və monetar yumşalma deyil, öz resursları ilə böhranla mübarizə aparması ölkəmizi post-böhran dövründə daha əlverişli vəziyyətə çıxaracaq”. İcraçı direktor əlavə edib ki,  Keyns nəzəriyyəsinə görə, böhran zamanı hökümətin müdaxiləsi zəruridir: “Bir şərtlə ki, dəstək proqramı səmərəli və nəticə-əsaslı tətbiq edilsin. Lakin Rikardo-Barro effektinə görə, hökumətlərin borca əsaslanan indiki xərcləmələri, gələcəkdə həmin borcu qaytarmaq üçün vergi yükünü artırır. Hər iki yanaşmanı nəzərə alanda Azərbaycan böhranla mübarizədə daha əlverişli vəziyyətdədir. Başqa sözlə, Azərbaycan hökumətinin bu gün iqtisadiyyata verdiyi dəstəyi, sabah vətəndaşımız vergi kimi geri qaytarmaq məcburiyyətində qalmayacaq. Çünki Azərbaycanda sosial bazar modeli qurulub və dövlətin siyəsətinin mərkəzində vətəndaş dayanıb”. V. Qasımlı onu da əlavə edib ki, Prezident İlham Əliyevin Sərəncamı əsasında pandemiyanın iqtisadiyyata təsirləri ilə mübarizə məqsədi ilə dövlət büdcəsindən 1 milyard manat vəsait ayrılıb: “Bundan əlavə olaraq Prezidentin sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılııb və artıq bura 90 milyon manata yaxın vəsait toplanıb.  Fonda könüllü vəsaitlərin toplanması prosesi davam edir. Bunun nəticəsində Azərbaycanda 1,1 mlrd manatdan çox olan “korona böhran büdcəsi”nin getdikcə böyüməsi gözlənilir. Bu  vəsait həm koronavirus pandemiyasına, həm də iqtisadiyyata mənfir təsirlərin qarşısını almağa imkan verəcək. Odur ki, Azərbaycan hökuməti gözlənilən situasiyaya uyğun planları mövcuddur və həmin vəziyyətə uyğun da addımlar atacaq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR