Bu gün Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov 251 nömrəli tam orta məktəbdə növbəti səyyar…
Bu gün Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov 251 nömrəli tam orta məktəbdə növbəti səyyar qəbul keçirib.
“Qafqazinfo” xəbər verir ki, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və rayonun xidmət sahələri rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 3 saylı sahə inzibati ərazi dairəsi üzrə C.Naxçıvanski küçəsi 72, 76, 84 ünvanlarda yaşayan sakinlərin müraciətləri dinlənilib.
Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov sakinləri salamlayaraq bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən görüşlərin məqsədi sakinlərin problemlərinin yerindəcə öyrənilməsi və onların operativ həll edilməsidir.
Qəbulda əsasən binanın girişlərinə qapı qoyulması, zirzəmidən suyun təmizlənməsi, məhəllənin abadlaşdırılması, küçə işıqlarının bərpası və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib. Səsləndirilən bir sıra problemlər yerindəcə öz həllini tapıb, icra hakimiyyətinin səlahiyyətində olmayan məsələlər isə araşdırılaraq aradan qaldırılması üçün aidiyyəti qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət