Slimfit
  1. MEDİA

İcra başçısı növbəti dəfə vətəndaşlarla görüşüb.

İcra başçısı növbəti dəfə vətəndaşlarla görüşüb.
Sakura

İcra başçısı növbəti dəfə vətəndaşlarla görüşüb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Dədə Qorqud küçəsində və ətraf ərazilərdə yaşayan sakinlərlə görüşüb. Görüşdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər. Görüş “açıq mikrofon” formatında keçib.

Niyazi Bayramov bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirilən görüşlərin məqsədi sakinlərin problemlərini öyrənmək və onları həll etməkdir. Son zamanlar həyata keçirilən abadlıq-quruculuq işlərindən söz açan şəhər rəhbəri, bunun ölkə rəhbərliyinin Gəncəyə göstərdiyi diqqətin bariz nümunəsi olduğunu qeyd edib.

Görüş zamanı çıxış edən şəhər sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə  və ölkənin birinci xanımı Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Sakinlər onları narahat edən problemlərdən də danışıblar.  Müraciətlər əsasən küçə işıqlanması, sahibsiz itlər, fərdi yaşayış evlərin tikintisi üçün torpaq sahələrinin ayrılması, işlə təminat, çoxmənzilli binaların fasadlarında təmir işlərinin aparılması ilə bağlı olub. Həmçinin görüşdə 5 və 20 nömrəli marşrut xəttləri ilə hərəkət edən avtobusların iş qrafikinin artırılması da xahiş olunub.

Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib. Qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR