Slimfit
  1. AZƏRBAYCAN

İcra başçısı cəbhə bölgəsində

İcra başçısı cəbhə bölgəsində
Sakura

İcra başçısı cəbhə bölgəsində

26 iyun - Azərbaycan Silahlı Qüvvələri Günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri Müdafiə Nazirliyinin Goranboy rayonundakı “N” saylı hərbi hissəsində olub, cəbhə bölgəsində xidmət edən əsgərlərimizin xidməti, məişət şəraiti ilə tanış olmuş, əsgərimizlə söhbətlər aparıb, sonra bayram günü münasibəti ilə böyük tədbir keçirilib.

Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinın Başçısı Asif Əsgərov 26 iyun- Silahlı Qüvvələr günü münasibəti ilə əsgərlərimizi təbrik edib, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıb.

O, qeyd edib ki, son dövrdə bütün cəbhə boyu gedən döyüşlərdə Azərbaycan əsgəri düşmənə öz gücünü bir daha sübut edib. 

Sonra Nəsimi Rayon İcra Hakimiyyətinin hədiyyələri və rayonun orta məktəb şagirdlərinin əsgərlərə ünvanladıqları məktublar şəxsi heyətə təqdim edilib, xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılıb. Hərbi hissə komandanlığı şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat verib, Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə Nəsimi rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Silahlı Qüvvələr günü ərəfəsində tədbirin təşkilinə görə minnətdarlıqlarını bildirib, hərbi hissədə keçirilən bu tədbirin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbçilərin ruh yuksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulayıb.

Bayram tədbiri zamanı gənc əsgərlərin iştirakı ilə nümunəvi çıxışlar və flaşmoblar tamaşaçılara təqdim olunub. Sonra respublikamızın tanınmış incəsənət ustalarının iştirakı ilə döyüşçülərimiz üçün böyük konsert proqramı təşkil olunub. Bayram tədbirindən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar ediblər. Hərbi hissənin rəhbərliyi və şəxsi heyəti tədbirin təşkilinə görə Nəsimi rayon nümayəndələrinə minnətdarlıqlarını bildiriblər.

 




Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR