Slimfit
  1. SİYASƏT

İcma ATƏT-i Ermənistandan qovulmuş azəraycanlıların öz evlərinə qayıdışına dəstək verməyə çağırıb

İcma ATƏT-i Ermənistandan qovulmuş azəraycanlıların öz evlərinə qayıdışına dəstək verməyə çağırıb
Sakura

İcma ATƏT-i Ermənistandan qovulmuş azəraycanlıların öz evlərinə qayıdışına dəstək verməyə çağırıb

Ens.Az-ın məlumatına əsasən,Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri İan Borqa məktub göndərərək ATƏT-i Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışına dəstək verməyə çağırıb.

İcmadan 525.az-a daxil olan məktubda Ermənistandan azərbaycanlıların qovulması, onların mədəni irsinin, məscidlərinin, qəbiristanlıqlarının və digər müqəddəs yerlərinin dağıdılması qeyd olunub.

Ə.Ələkbərli Qərbi Azərbaycan İcmasının fəaliyyətinin əsas məqsədinin Ermənistandan qovulmuş azərbaycanlıların beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmalarını təmin etmək olduğunu vurğulayıb. Məktubda İcmanın beynəlxalq hüquqa, o cümlədən dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşdığı, qayıdış məsələsi ilə bağlı Ermənistan ilə dialoqa hazır olduğu bildirilir və Ermənistanın dialoqdan boyun qaçırdığı təəssüflə qeyd edilir.

İcma sədri həmçinin ATƏT-in tədbirlərində Qərbi Azərbaycan İcmasının iştirakına Ermənistanın əngəl törətməyə çalışması faktlarını diqqətə çatdırıb, ATƏT-i Ermənistanın ifadə azadlığı və vətəndaş cəmiyyətinin fəaliyyətinə qarşı olan bu cəhdlərini pisləməyə çağırıb.

Məktubun əsli İcmanın nəzdində fəaliyyət göstərən “Qərbi Azərbaycan Televiziyası” kanalının müxbiri tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin Bakıda Azərbaycanın xarici işlər naziri ilə keçirdiyi mətbuat konfransında ona təqdim edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR