Dərc edildi: Baxış sayı: 1987
İcbari tibbi sığorta üçün maaşdan neçə faiz tutulacaq?– Hansı dərmanlar pulsuz olacaq
2020-ci il yanvarın 1-dən Azərbaycan üzrə pulsuz icbari tibbi sığortanın mərhələli tətbiqinə başlanılır. 34 gündən sonra respublikanın şimal rayonları üzrə icbari sığorta başlayır.
Medicina.az xəbər verir ki, Agentliyin Regional Mərkəzlərlə İş şöbəsinin müdiri Şükür Eyvazov icbari tibbi sığorta üzrə ödəmələrin maaşlardan necə tutulacağı barədə real.tv-ə açıqlamasında açıqlama verib.
"Dövlət və neft sektorunda çalışanların maaşından icbari tibbi sığorta ödəmələri üçün 2% haqq tutulacaq.
Özəl və qeyri-neft sektorunda çalışan vətəndaşların maaşından isə 1% icbari tibbi sığorta haqqı tutulacaq. 8000 manatdan yuxarı maaş alanlarda isə 0,5 faiz tutulacaq.
Eləcə də işəgötürənlərdən də icbari sığorta haqqı bir qədər yüksək faizlə tutulacaq.
Müştərək maliyyələşmə mexanizminə görə isə İstisnalar zərfinə daxil olan qruplar var. Bura həyati vacib, əhəmiyyətli müalicələr, əməliyyatlar, uşaqlarda anadangəlmə ürək qüsurları, eşitmə, nitq, görmə problemləri, aorta kanalında açıq əməliyyatlar, angioqrafiya, ağır beyin əməliyyatları, ağciyər əməliyyatları xidmətlər zərfinə daxil edilib.
Əgər vətəndaş xəstələnibsə, təcili təxirəsalınmaz tibbi xidmətə ehtiyacı varsa, burda limit ola bilməz. Hər hansı müayinə nəticəsində, Azərbaycan vətəndaşında hər hansı patologiya, xəstəlik aşkarlanıbsa və İcbari tibbi sığortaya daxil olan 3000 xidmət zərfində o xəstəlik, yardım varsa, o vətəndaş tam pulsuz olaraq, o müalicə və əməliyyat xidmətini görəcək.
2020-ci ildə xəstəxana daxilində tibbi təchizat, dərman, tibbi sərfiyyat hamısı pulsuzdur. Lakin ambulator xidmətdə, yəni xəstəyə yazılan reseptin dərmanları hələ ki, zərfə daxil edilməyib”.
Beləliklə, yanvar ayından hər bir rəsmi maaş alan şəxsin maaşından, məsələn 500 manat maaş alırsa, təxmini 5 manat icbari tibbi sığorta haqqı tutulacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət