İbrahim Cəfərov 5-ci dəfə ilin ən yaxşı rektoru seçildi
Qafqazın ən böyük təhsil Facebook səhifəsi olan "Azərbaycan Universitetleri" səhifəsi tərəfindən keçirilən "2018-ci ilinin ən yaxşı rektoru" sosial tələbə sorğusu yekunlaşıb.
ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov 176 min istifadəçi arasında keçirilən social tələbə sorğusunda səslərin 53 %-ni toplayıb, 5-ci dəfə qalib olaraq ən yaxşı rektor adına layiq görülüb.
Təhsil müəssisəsinin mətbuat xidmətindən bildirilib ki, səhifənin rəhbəri Zöhrab Süleyman yarışmanın mükafatını professor-müəllim, tələbə heyətinin iştirakı ilə brahim Cəfərova təqdim edib.
İbrahim Cəfərov sözün həqiqi mənasında tələbələri üçün yaşayan, çalışan, daim onların yanında olan rektordur. O, digər universitetin tələbələri tərəfindən də sevilir. Beləcə bu keyfiyyətlərə malik rektora görə ADAU tələbələrinə qibtə edirlər. Bununla yanaşı sosial məsələlərin həlli, müəllim tələbə münasibətinin səmimiliyi, şəffaflıq, həyata keçirilən islahatlar bu gün tələbənin təhsil və tədqiqat imkanlarını çox genişləndirib. Dövlətin dəstəyi ilə həyata keçirilən böyük layihələr əslində aqrar kadr hazırlığına ən samballı töhfədir. Təbii ki, bu imkanlara malik tələbə də səsvermə zamanı ona yaradılan şəraiti- İbrahim Cəfərovu dəstəkləyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət