Slimfit
  1. CƏMİYYƏT

Fəaliyyətinə icazə verilən kafe-restoranlarla bağlı xəbərdarlıq

Fəaliyyətinə icazə verilən kafe-restoranlarla bağlı xəbərdarlıq
Sakura

Fəaliyyətinə icazə verilən kafe-restoranlarla bağlı xəbərdarlıq

"Məlum olduğu kimi, artıq növbəti açılmalar baş verir”.

Ens.az MediaPost-a istinadən xəbər verir ki,  bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

O bildirib ki, iaşə obyektlərində açılmalar müəyyən qaydalar çərçivəsində həyata keçiriləcək: “Müəyyən saat çərçivəsində iaşə obyektlərinin işinə icazə veriləcək. Həmçinin sahibkarların üzərinə vəzifə qoyulur ki, içəri daxil olan müştərinin maskalardan istifadəsinə nəzarət etsin, olmadıqda onu təmin etsin. Həmçinin içəridə olan işçilər də maskadan istifadə etməlidir. Qaydalarda göstərilən tələblərin pozulmasına görə inzibati cərimələr tətbiq olunacaq. Müəyyən fəaliyyət sahələri var ki, onların fəaliyyətinə ümumiyyətlə icazə verilmir. Qadağan olunmuş fəaliyyət həyata keçirən təsərrüfat subyektlərinə qarşı qanunla müəyyən olunmuş cəzalar həyata keçiriləcək. Sahibkarlardan qeyd olunan tələblərə əməl olunmasını xahiş edirik”. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR