Slimfit
  1. TƏHSİL VƏ KARYERA

I siniflərə qəbulla bağlı valideynlərə - Müraciət

I siniflərə qəbulla bağlı valideynlərə - Müraciət
Sakura

I siniflərə qəbulla bağlı valideynlərə - Müraciət

Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin I siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzlərinin işi tibbi-profilaktik vəziyyət nəzərə alınaraq iş prinsipi dəyişdirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Axar.az-a verilən məlumata görə, dəyişiklik aşagıdakı qaydada davam edəcək:

Elektron qeydiyyatdan keçə bilməyən valideynlər Votsap nömrələr (+994 55 892-27-51, +994 55 892-95-89, +994 55 892-63-90) vasitəsilə müvafiq məlumatları iş günləri ərzində saat 10:00-dan 16:00-dək işçi qrupa təqdim edə bilərlər. İşçi qrup tərəfindən müvafiq məlumatlar əsasında özü elektron qeydiyyatdan keçə bilməyən valideynlərə zəruri köməklik göstəriləcək.

Valideynlər digər bütün hallarla bağlı mektebeqebul.edu.az elektron portalında şəxsi kabinetlərindəki “Əks əlaqə” bölməsi vasitəsilə müraciət ünvanlaya bilərlər.

Valideynlər onları maraqlandıran suallarla bağlı iş günləri ərzində Təhsil Nazirliyinin Telefon məlumat mərkəzinə (nömrə 146) və BŞTİ-nin Məlumat sorğu mərkəzinə (012 599-12-22) zəng etməklə cavab ala bilərlər.

Bildirilib ki, bütün bunlar valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması, növbəliliyin aradan qaldırılması və mövcud vəziyyətlə əlaqədar tibbi-gigiyenik normaların qorunması məqsədlərinə xidmət edir.

Qeyd edək ki, birinci sinfə elektron qeydiyyat prosesinə bu gündən yenidən start verilir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR