Dərc edildi: Baxış sayı: 540
I rübdə 140-a yaxın binaya təbii qaz verilib
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar Bakı şəhərində bir çox binanın istismara qəbulu prosesi sürətləndirilib. Fərmandan irəli gələn məsələlərin operativ həlli məqsədilə “Azəriqaz” İstehsalat Birliyi tədbirlərini davam etdirir.
"Report" xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən bildirilb.
Qeyd edilib ki, mart ayı ərzində 29 yaşayış binası üzrə 1 265 mənzil, 2020-ci ilin 3 ayı ərzində isə 139 yaşayış binası üzrə 6 362 mənzil təbii qazla təmin olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət