Dərc edildi: Baxış sayı: 746
I-ci qan qrupu olanlar bu xəstəliklərə tutulmurlar
Elmi araşdırmalara görə qan qrupu 0 (I) olanlar daha az xəstəliklərə tutulurlar.
İslaminsesi.info bildirir ki, qan laxtalanmasının aşağı olmasına görə qan qrupu 0 (I) olanlar ürək xəstəliklərinə digər qan qrupları olanlarla müqayisədə daha az hallarda tutulur. Qan qrupu 0 olanlarda infarkt, insult, damarların trombozu, tromboemboliya kimi pozulmaların riski daha azdır.
Nəticələri Avropa Kardiologiya inustutu tərəfindən açıqlanan bu təcrübə 1,3 milyon insan üzərində aparılıb. Məlum olub ki, qan qrupu A (II), B (III) və AB (IV) olan insanlarda qanın laxtalanmasının yüksək səviyyədə olması ürək xəstəliyi riskini şiddətləndirir.
Mütəxəssislər bildirirlər ki, bu say çox az olsa da bunu nəzərə almaq lazımdır.
Mənbə: Saglamolun.Az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət