Slimfit
  1. AVTO VƏ MOTO

Hyundai yeni Elantra N Line modelinin ilk görüntülərini yayıb

Hyundai yeni Elantra N Line modelinin ilk görüntülərini yayıb
Sakura

Hyundai yeni Elantra N Line modelinin ilk görüntülərini yayıb

Bir ay bundan əvvəl, Hyundai şirkəti rəsmi şəkildə yeni nəsil Elantra modelinin "qaynar" N Line modifikasiyasına sahib olacağını bildirmişdi. O zaman, şirkət yalnız bəyanat verməklə kifayətlənmişdi. Bu gün isə, "qaynar" modelin ilk görüntüləri dərc edilib. Lakin, dərc edilmiş görüntülər sualları cavablandırmaq əvəzinə yenilərini yaradıb. Şəkillər və videodakı avtomobilin çox güclü kamuflyaj örtüyünə malik olduğu da diqqəti çəkir.

Böyük ehtimalla, "qaynar" sedan daha aqressiv formalı aerodinamik kuzov dəsti, iri ölçülü təkər diskləri və fərqli buraxılış sistemi ilə təchiz ediləcəkdir. Bundan əlavə, Hyundai Elantra N Line modeli "qısaldılmış" asqı sistemini və yeni benzin turbomühərrikini alacaqdır.

Şirkət yeni mühərrikin xüsusiyyətləri ilə bağlı təfərrüatları açıqlamayıb, lakin bu mhərrikin beşqapılı Elantra GT modelində quraşdırılmış 1,6-litrlik mühərrikin olması ehtimalı yüksəkdir. Xatırladaq ki, Elantra GT modelində bu mühərrik 204 at qüvvəsi və 264 Nm fırlanma anı təklif edir. Mühərrik altı pilləli mexanika ötürmələr qutusu və yeddi diapazonlu "robot" ilə təchiz edilir. Qeyd etmək lazımdır ki, tizerdəki avtomobil sonuncu transmissiya ilə təchiz edilib - buna videoda görüntülənən ötürmələr qutusunun sükanaltı dəstəkləri işarə edir .

Çox güman ki, Hyundai yeni Elantra N Line modelini ilin ikinci yarısında təqdim etməyi planlaşdırır. Sonradan Elantra modelin "bərkgedən'" N versiyası debüt edə bilər. Hyundai Elantra N modeli 8-pilləli "robot" ilə tandemdə çalışan 275 at qüvvəli 2,0-litrlik turbomühərrik ilə təchiz oluna bilər.

 

 

 

 

 

 

 

 

Mənbə: autograph.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR