Dərc edildi: Baxış sayı: 619
"Hyundai" şirkəti Rusiyada 28 mindən çox avtomobili geri çağırıb
"Hyundai" şirkəti Rusiyada 28 mindən çox avtomobili geri çağırıb.
Trend-in məlumatına görə, bu qərar avtomobillərin yanacaq şlanqında qeydə alınan qüsurlarla bağlıdır.
Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2017-ci ilin noyabrınadək satılmış “Creta" modellərinə şamil edilir.
Bildirilir ki, bu maşınlarda təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət