Slimfit
  1. DÜNYA

Hulusi Akar: “Türkiyə Liviyadakı təlim mərkəzləri vasitəsilə nizamlı ordu qurmağa kömək edir”

Hulusi Akar: “Türkiyə Liviyadakı təlim mərkəzləri vasitəsilə nizamlı ordu qurmağa kömək edir”
Sakura

Hulusi Akar: “Türkiyə Liviyadakı təlim mərkəzləri vasitəsilə nizamlı ordu qurmağa kömək edir”

“Hazırda Liviyanın BMT tərəfindən tanınan və yeganə siyasi güc olan Sarrac hökuməti ilə  əlaqələrimizi davam etdiririk. Bunun da gizli bir tərəfi yoxdur. Türkiyə qanun çərçivəsində  hərəkət edir.”

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Müdafiə Naziri Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin Antalyadakı Kaş rayonunda Topçu Kapitanı Mustafa Ertuğrul Akerin anım mərasimində iştirakdan sonra jurnalistlərin suallarını cavablandırarkən belə deyib.

H.Akar bildirib ki, Türkiyənin Liviyada hazırkı mövqeyi Liviya xalqına dəstək verməkdir: “Hər kəs bizim Liviyada olduğumuzun səbəbini anlamalıdır. Biz Liviya xalqına dəstək təklifi aldığımız üçün humanizm prinsipi çərçivəsində ordayıq. Fransa və Əbu-dabi, Haftara əhəmiyyətli dərcədə dəstək verdi. Biz isə Liviya xalqının müdafiəsi üçün oradakı hücumları dayandırmağa çalışdıq. Haftarın getdiyi yerlərdə 20 kütləvi məzarlıq tapıldı. Biz onlara qarşı mübarizə üçün ordayıq”.

Nazir “Türkiyə Liviyada hərbi baza quracaqmı” sualına cavab olaraq belə deyib:

“Liviyalı qardaşlarımıza müxtəlif təlim mərkəzlərində nizami bir ordu qurmağa kömək edirik”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR