Slimfit
  1. CƏMİYYƏT

Hücumda birinci dərəcəli şübhəli... – Həsən Barın

Hücumda birinci dərəcəli şübhəli... – Həsən Barın
Sakura

Hücumda birinci dərəcəli şübhəli... – Həsən Barın

İrana qarşı çıxışları ilə tanınan Azərbaycan millət vəkili Fazil Mustafaya dünən gecə saatlarında evinin qarşısında “Kalaşnikov”la edilən və onun yaralanması ilə nəticələnən silahlı hücumu nifrətlə qınayır, hörmətli millət vəkilimizə Allahdan şəfa diləyirik!

Ens.az Axar.az-a istinadən xəbər verir ki bu barədə Zəngəzur Azadlıq Hərəkatının sədri, jurnalist Həsən Barının millət vəkili Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı yaydığı bəyanatda bildirilir.

“Hücumda birinci dərəcəli şübhəli olan farspərəstlər bilsinlər ki, əzmimizi qırmaq və bizləri qorxutmaq üçün təşkil edilən belə mesajlarla dolu aktlar İran işğalında olan Cənubi Azərbaycandakı qardaşlarımızın haqq mübarizəsinə verdiyimiz dəstəyi azaltmayacaq, biz türk milliyyətçilərini qorxutmayacaq. Şüurlu və haqlı şəkildə apardığımız Vətən, Millət və Dövlət uğrunda mübarizəmiz daha da qətiyyətli və sürətli şəkildə davam edəcək!”, - bəyanatda qeyd edilib.

Qeyd edək ki, dünən axşam saatlarında millət vəkili Fazil Mustafa Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalıb. Millət vəkili avtomat silahdan açılan çoxsaylı atəş nəticəsində iki güllə yarası alıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR