Slimfit
  1. TEXNOLOGİYA

Huawei-in yeni saatları qadınlara xüsusi gün dövrlərini idarə etməyə imkan verəcək

Huawei-in yeni saatları qadınlara xüsusi gün dövrlərini idarə etməyə imkan verəcək
Sakura

Huawei-in yeni saatları qadınlara xüsusi gün dövrlərini idarə etməyə imkan verəcək

Çinli texnologiya istehsalçısı Huawei yaxın vaxtlarda yeni ağıllı saatlar təqdim etməyə hazırlaşır.

Ens.az Ted.az-a istinadən xəbər verir ki,şirkət Huawei Watch GT2 Pro və Honor Watch GS Pro üçün EEC sertifikatını aldı.

Təəssüf ki, Huawei və Honor-un "Pro" saat modellərinin konfiqurasiyaları barədə məlumat yoxdur. Bu ilin əvvəlində Huawei Watch GT2 42mm modelinin iki fərqli rəngi və Watch GT 2e təqdim edilmişdi.

Huawei Watch GT 2, qadınlara xüsusi gün dövrlərini idarə etməyə imkan verən xüsusiyyəti ilə diqqət çəkmişdi. Bundan əlavə cihazın ürək ritmini izləmə xüsusiyyəti də təkmilləşdirilib. Saat ürək-damar sağlamlığını da izləyirdi.

Huawei Watch GT 2e orijinal cihazda rastlaşdığımız dizaynı qoruyub saxlayır. İncə çərçivəli dizayna çox lentli iki rəngli TPU kəmərlər əlavə olunub. Huawei-nin Kirin A1 ultra aşağı enerji prosessorundan istifadə edərək saat orta hesabla 2 həftə ərzində şarj olunmadan istifadə oluna bilər. Huawei önümüzdəki dövrdə adının çox çəkilməsində qərarlı görünür. Görək şirkətin qurğuları arasında yaratdığı ekosistem Apple-a bənzər bir uğurun Çin versiyasını görmək imkanı yaradacaqmı?

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR