UEFA Millətlər Liqasında növbəti oyunlar keçirilib
UEFA Millətlər Liqasında növbəti oyunlar keçirilib.
Oxu.Az xəbər verir ki, Hollandiya millisini qəbul edən Almaniya kollektivi matçın son dəqiqələrində qələbəni əldən verib. Bununla da son mundialın iştirakçısı ola bilməyən Hollandiya son dünya çempionları Fransanı qabaqlayaraq Millətlər Liqasının yarımfinalına Portuqaliya, İngiltərə və İsveçrədən sonra adını yazdıra bilib.
Azərbaycanlı hakim Əliyar Ağayevin idarə etdiyi görüşdə Danimarka evdə İrlandiyanın müqavimətini qıra bilməyib.
Almaniya – Hollandiya 2:2
Çexiya – Slovakiya 1:0
Danimarka – İrlandiya 0:0
Bolqarıstan – Sloveniya 1:1
Kipr – Norveç 0:2
Andorra – Latviya 0:0
Gürcüstan – Qazaxıstan 2:1
Makedoniya – Cəbəllütariq 4:0
Lixtenşteyn – Ermənistan 2:2
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət