Slimfit
  1. İQTİSADİYYAT

Hökumətin hesabatında nələr var? - Rəqəmlər

Hökumətin hesabatında nələr var? - Rəqəmlər
Sakura

Hökumətin hesabatında nələr var? - Rəqəmlər

Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatı deputatlara paylanılıb.

Bu barədə Oxu.Az-a Milli Məclisdən məlumat verilib.

Hesabatda hökumətin iqtisadiyyat, maliyyə sahələri ilə bağlı fəaliyyətinə aid məsələlər öz əksini tapıb.

2019-cu ildə makroiqtisadi indikatorda əsas amil olan ümumi daxili məhsulun (ÜDM) həcmi 2,2 faiz artaraq, 81 milyard 681 milyon manata çatıb.

Manatla cəlb edilmiş yeni müddətli əmanətlər üzrə orta faizlər 1,8 bənd azalıb. Manatla yeni kreditlər üzrə orta faizlər isə 4,9 bənd azalıb.

2019-cu ilin əvvəlində dollarlaşma 62,5 faiz olub. 2019-cu ilin sonunda isə bu rəqəm 52,2 faizə enib.

2019-cu il ərzində Azərbaycanda inflyasiyanın hədəf diapazonu qorunub.  

Bununla da Azərbaycanda inflyasiya göstəricisi MDB məkanı və tərəfdaş ölkələr arasında ən aşağı səviyyədə olub.

2019-cu ilin yekunu üzrə orta illik inflyasiya 2,6 faiz təşkil etməklə, hədəf diapazonunun mərkəzindən də aşağıda olub.

Bildirək ki, hökumətin hesabatını aprelin 7-də Baş nazir Əli Əsədov parlamentin iclasında təqdim edəcək.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR