Slimfit
  1. PSİXOLOGİYA

Hobbi – aktiv ya passiv fəaliyyət deməkdir?

Hobbi – aktiv ya passiv fəaliyyət deməkdir?
Sakura

Hobbi – aktiv ya passiv fəaliyyət deməkdir?

Namizədlə müsahibə zamanı mənim üçün maraqlı məqamlardan biri də onun əsas işindən əlavə nə ilə maraqlandığıdır. Xalq arasında buna hobbi deyirlər :-).

Tez-tez bu kimi “yola verən” cavablar eşidirsən: mən musiqi qulaq asmağı, dostlarımla şəhəri gəzməyi, kitab oxumağı xoşlayıram. Məncə, bunlar hobbi deyil, sadəcə vaxt keçirməkdir. Hobbi deyəndə, insanın hər hansı sahəyə böyük və dərin maraq göstərməsi, bu sahədə aktiv fəaliyyəti başa düşülür.

Məsələn, musiqiyə sadəcə qulaq asmaq başqa, hər hansı musiqi alətində, məsələn, qitarada ifa etməyi öyrənib, boş vaxtlarda özfəaliyyət qrupunda çıxış etmək tam başqadır. Dostlarla şəhəri gəzmək və çayxanada vaxt keçirmək başqa, məqsədyönlü şəkildə alpinizimlə məşqul olmaq, bu sahəyə aid hər bir şeyi öyrənmək, komanda ilə birgə dağları fəth etmək tam başqadır. Kitab oxumaq yox, kitab yazmaq, ədəbiyyatda öz, kiçicik də olsa, addımlarını atmaq bu sahəyə daha aktiv maraq göstərmək deməkdir. Pub-da dostlarla oturub, televizorda gedən futbola azarkeşlik etmək mənimçün hobbi deyil. Futbolu oynamaq, mütəmadi məşq etmək, şirkətin komandasını təmsil etmək, yarışlarda iştirak etmək, budur hobbi. Passiv və aktiv fəaliyyət arasında mütləq fərq qoyulmalıdır.

Müsahibəyə hazırlaşarkən, real, aktiv hobbiniz barədə düşünün. Sual olunarsa, bu barədə maraqla danışın. Kim bilir, bəlkə sizin hobbiniz müsahibə götürənin maraqları ilə üst-üstə düşəcək?  


Samir Javadov

Head of Training and Development at TitanD

Mənbə: Moneta.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR