Slimfit
  1. TEXNOLOGİYA

“HMD Global” şirkəti “X71” smartfonunu təqdim edib

“HMD Global” şirkəti “X71” smartfonunu təqdim edib
Sakura

“HMD Global” şirkəti “X71” smartfonunu təqdim edib

“HMD Global” şirkəti Tayvanda “X71” smartfonunu təqdim edib.
 
Smartfon “Full HD+” (2316x1080 piksel) təsvir ölçülü 6,3 düymlük ekran, 16 meqapiksellik ön kamera, 48+8+5 MP-lik 3 qat əsas kamera, arxa paneldə barmaq izi skaneri ilə təchiz edilib.
 
ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, aparat, həmçinin “Snapdragon 660” prosessoru, 6 QB-lıq əməli və 128 QB-lıq fləş yaddaş (“microSD” formatlı yaddaş kartı ilə 256 QB-dək artırıla bilər) ilə təchiz edilib. 3500 milliamper/saat tutumlu akkumulyator 18 vattlıq sürətli enerjidoldurma texnologiyasına malikdir.
 
2 ədəd SIM kart, 4G VoLTE, Wi-Fi (802.11 ac), Bluetooth 5, GPS + QLONASS texnologiyaları dəstəklənir, USB Type-C (USB 2.0) portu və 3,5 mm-lik qulaqlıqlar var. Smartfonun ölçüsü 157,19 x 76,45 x 7,98 mm, çəkisi isə 180 qr-dır. Smartfon “Android 9.0 Pie” əməliyyat sisteminin idarəetməsi altında işləyir.
 
“Nokia X71” smartfonu qara rəngli korpusda əlçatandır və qiyməti 388 dollardır.
 
Emil Hüseynov 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR