“Hizbullah” və Bərzani arasında Süleymani gərginliyi – Bölgədə yeni durum
Şimali İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani Livanın "Hizbullah” terror təşkilatının başçısı Həsən Nəsrullahın aıqlamasına cavab verib.
Bərzani "Hizbullah” liderini qorxaqlıqda ittiham edib.
Məsud Bərzaninin adından verilən açıqlamada qeyd edilib:
"İllərdir qorxudan sığınacaqlarda yaşayırsan. Əlbəttə, biz onun açıqlamasını təəccüblə qarşılamadıq. Uzun illərdir tunellər və sığınacaqlarda gizlənib gün işığından məhrum qalmısan. İllərdir zülmə məruz qalan bir xalqı müdafiə etmək əvəzinə təhqir edirsən”.
"Hizbullah” lideri Həsən Nəsrullah ABŞ tərəfindən öldürülən iranlı general Qasım Süleymaninin Ərbili İŞİD terror təşkilatından qoruduğunu demişdi:
"Şimali İraq Kürd Muxtariyyəti öz varlığını Süleymaniyə borcludur. Çünki İŞİD Ərbilə yaxınlaşanda, Bərzani qorxudan titrəyirdi”
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət