Dərc edildi: Baxış sayı: 638
Hindistanlı qadın 65 yaşında ikinci dəfə ana olub
Hindistanlı qadın 65 yaşında ikinci dəfə ana olub.
Oxu.Az xəbər verir ki, bu haqda “Daily Mail” məlumat yayıb.
Qadın uşağı 80 yaşlı kişidən dünyaya gətirib. Hazırda həmin qadın uşaq dünyaya gətirən ən qoca ana hesab olunur. Bundan əvvəlki bütün rekordçular uşağı süni mayalandırma vasitəsilə dünyaya gətirib.
Hindistanın reproduksiya və doğuş üzrə mütəxəssis, tibb elmləri doktoru Şabir Sidikin sözlərinə görə, bu, tibbi praktika olduqca nadir bir hadisədir.
Hindistanlı rekordçu səkkiz il əvvəl oğlan uşağı dünyaya gətirmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət