Dərc edildi: Baxış sayı: 666
Hindistanda tarixin ən böyük seçkisinə start verilib
Hindistan parlamentinin aşağı palatasına dair seçkilərə ölkənin 29 ştatı və 7 ittifaq ərazilərində start verilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, səsvermədə 900 milyon insanın iştirak edəcəyi gözlənilir. Hansı ki, indiyədək Hindistan tarixində belə səsvermə keçirilməyib.
Seçki Hindistanın bütün regionları əhatə etməklə 7 etapda keçiriləcək. İlk etapa bu gün start verilib və mayın 19-dək davam edəcək. Bülletenlərin hesablanmasına mayın 23-də başlanılacaq.
Seçkilərin təşkili üçün təxminən 11 milyon insan, 5 milyondan çox məmur və hüquq-mühafizə nümayəndələri cəlb edilib. Seçki məntəqələrinin sayı 1 milyonu keçib.
Müəllif: Nailə Məhərrəmova
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət