Hindistanda polislərə arıqlaması üçün göstəriş verilib
Hindistanda polislərə arıqlaması üçün göstəriş verilib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Karnataka əyalətindəki polis bölməsindəki polislərə arıqlamaları üçün xəbərdarlıq edilib. Əks halda işdən atılacaqlar.
Bu qərarın verilmə səbəbi 18 ayda çox sayda polisin həyatını itirməsi olub. Ölkə rəhbərliyindən bildirilir ki, yeməyinə diqqət etmədikləri, idmansız qaldıqları, siqaret və içki içdikləri üçün kökəlir və sağlam həyat yamırlar. Bu da onların erkən yaşda ölmünə səbəb olur.
Polislərə həyat tərzlərini dəyişmələri və yeməklərinə diqqət etmələri üçün yardım göstəriləcək. Bu bölmənin polis rəislərinə əməkdaşlarının arıqlaması və çəki salması üçün idmanı gündəlik həyat tərzlərinə çevirmələri göstəriş verilib. Həmin əyalətdəki bölmədə 14 min polis əməkdaşı çalışır.
Mənbə: Unikal.org
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət