Slimfit
  1. TƏBİƏT

Hindistanda göy rəngli itlər peyda olub.

Hindistanda göy rəngli itlər peyda olub.
Sakura

Hindistanda göy rəngli itlər peyda olub.

Onlar bu yaxınlarda hind şəhəri Mumbayda görünüb. Güman olunur ki, onların qeyri-adi rəngi yerli gölün güclü çirklənməsi ilə əlaqədardır.

Bu yaxınlarda Mumbayda açıq göy rəngli itlər peyda olub.  Bu çox qeyri-adi mənzərədir. Lakin belə itlərin mənşəyi kədərlidir. Yerli heyvanlar adətən Kasadi çayında üzür. Göründüyü kimi bu rəngin səbəbi – suyun güclü çirklənməsindən irəli gəlir. Bu çirklənmənin səbəbi yerli müəssisələrin çaya atdığı çirkli tullantılardır. Kasadi çayının belə səviyyədə çirklənməsi flora, fauna və insanlar üçün çox ziyandır.

Bəzi ekspertlər hesab edir ki, yerli itlər suda qida axtararkən kimyəvi maddələrlə qarşılaşıb. Bu da onları bu rəngə “boyayıb”.

Heyvan müdafiəçiləri xəbərdarlıq edir ki, belə çirkli mühit təkcə itlərə mənfi təsir etmir: bu suyun kənarında yaşayan quşlar, sürünənlər və s. heyvanların da başına gələ bilər.

Mumbay hakimiyyəti bəyan edib ki, Kasadi çayının çirklənməsi normadan 13 dəfə artıqdır.

Xəbər verilir ki, göy rəngli itin biri kor olub. Heyvanın qanı rəngin onun sağlamlığına necə təsir etdiyini müəyyənləşdirmək üçün analiz ediləcək.

Belə rəngli aşkar olunmuş bütün itlər müalicə olunub sağalandan sonra buraxılacaq.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR