Slimfit
  1. SİYASƏT

Hikmət Hacıyev: “Onlar Ermənistanın qurbanına çevrilir”

Hikmət Hacıyev: “Onlar Ermənistanın qurbanına çevrilir”
Sakura

Hikmət Hacıyev: “Onlar Ermənistanın qurbanına çevrilir”

Avropa İttifaqının nüfuzlu “Bridge” analitik-informasiya portalı Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni məskunlaşma siyasəti barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin şərhini dərc edib.

Ens.az Teleqraf.com-a istinadən xəbər verir ki, ingilis dilində dərc edilmiş şərhdə son günlər bu torpaqlara Livandan olan etnik ermənilərin köçürülməsindən xəbər verilir. Qeyd olunur ki, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni məskunlaşma müharibə cinayətidir.

Vurğulanır ki, Azərbaycan da daxil olmaqla dünya ölkələri Livanda baş vermiş faciənin nəticələrinin aradan qaldırılması, Livana humanitar yardım göstərilməsi ilə məşğul olarkən Ermənistan bu faciədən, insanların iztirablarından özünün çirkin məqsədləri naminə sui-istifadə edir. Bununla da Ermənistan onun üçün heç bir mənəvi dəyərlərin olmadığını nümayiş etdirir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR