Hicran Hüseynova: "Uşaqlarımızın dövlət siyasətinin həyata keçirilməsində aktiv iştirak etməsi bizim…
"Bizim üçün çox vacibdir ki, uşaqlarımızın ictimai fəallığı artsın və dövlət siyasətinin həyata keçirilməsində aktiv iştirak edə bilsinlər".
“Report” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirib.
"Qeyd etmək lazımdır ki, bu sahədə görülən işlər öz müsbət nəticəsini verir. Artıq uşaqlarımız dövlət rəsmilərinə onları maraqlandıran suallarla müraciət edir, həmçinin sərbəst şəkildə hökumətə öz hüquqları ilə bağlı istək və arzularını çatdırır, mühüm məsələlərə münasibətlərini bildirirlər. Azərbaycanın bütün regionlarında bizim dəstəyimizə çevrilən uşaqlardan ibarət güclü Liderlər Komandası formalaşıb. Hər iki ildən bir UNİCEF və Heydər Əliyev Fondu ilə birgə Ümumrespublika Uşaq Forumları keçirilir. BMT Uşaq Fondunun da qeyd etdiyi kimi, Azərbaycanın bu təcrübəsi uşaq liderliyinin reallaşması sahəsində digər ölkələr üçün yaxşı nümunələrdən biridir. Uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan qeyri-hökumət təşkilatlarının sayı 350-dək artmışdır", - deyə o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət