Slimfit
  1. AZƏRBAYCAN

Hicran Hüseynova Göyçayda vətəndaş qəbulu keçirəcək

Hicran Hüseynova Göyçayda vətəndaş qəbulu keçirəcək
Sakura

Hicran Hüseynova Göyçayda vətəndaş qəbulu keçirəcək

 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova martın 1-də Göyçay rayonunda vətəndaş qəbulu keçirəcək. 

Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək. 

Qəbulda Ağdaş, Kürdəmir, Ucar, Zərdab, Göyçay rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər.

Qəbulda vətəndaşların ərizə, təklif və tövsiyələrinə baxılması nəzərdə tutulur. Qəbuldan sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır.

Görüş çərçivəsində Göyçay rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr ediləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR