Slimfit
  1. CƏMİYYƏT

Heyvan kəsimi qanunla necə həyata keçirilməlidir?

Heyvan kəsimi qanunla necə həyata keçirilməlidir?
Sakura

Heyvan kəsimi qanunla necə həyata keçirilməlidir?

 

AQTA qida təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri çərçivəsində yeni videoçarx hazırlayıb.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Təqdim olunan yeni videoçarx qanunvericilik çərçivəsində heyvan kəsiminin necə həyata keçirilməsi ilə bağlıdır.

Çarxda heyvan kəsimi fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin heyvanın saxlanması, daşınması və kəsimi zamanı mövcud baytarlıq-sanitariya və sanitar-gigiyena tələblərinə riayət etmələrinin vacibliyi öz əksini tapıb.

Videoçarxda kəsim məntəqəsinə gətirilən heyvanın mütləq baytar müayinəsindən keçməli olduğu vurğulanır. Heyvanın kəsimdən istehlaka təqdim edilməsinə qədər bütün mərhələləri özündə əks etdirən çarxda temperatur rejiminə əməl olunmasının vacibliyi diqqətə çatdırılır.

Eyni zamanda, ət və ət məhsullarının müvafiq qaydada soyudulmadıqda və uyğun şəraitdə saxlanılmadıqda mikroorqanizmlərin inkişaf etməsinə, bu da öz növbəsində ətin vaxtından əvvəl xarab olmasına, qida mənşəli xəstəlik və zəhərlənmə risklərinin artmasına səbəb olduğu bildirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR