Slimfit
  1. SİYASƏT

Heydər Əliyevin bir günü: Ümummilli Lider Azərbaycan polisinin rol və öhdəlikləri barədə

Heydər Əliyevin bir günü: Ümummilli Lider Azərbaycan polisinin rol və öhdəlikləri barədə
Sakura

Heydər Əliyevin bir günü: Ümummilli Lider Azərbaycan polisinin rol və öhdəlikləri barədə

Trend BİA Ümummilli Liderin 100 illiyinə həsr olunmuş "Heydər Əliyevin bir günü" adlı xüsusi layihə başladıb. Ümummilli Liderin görüşləri, danışıqları, səfərləri və sərəncamları ölkəmizin formalaşmasında və inkişafında həlledici rol oynayıb. Oxucularımıza Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki rəhbərlik fəaliyyətinin vacib məqamlarını xronikada bizimlə birgə yada salmağı təklif edirik.

3 iyul 2002-ci ildə Ümummilli Lider Polis Gününə həsr olunmuş təntənəli tədbirdə iştirak edib. Ümummilli Lider tədbir iştirakçıları qarşısında çıxış edərək polisin dövlət və cəmiyyətin həyatındakı roluna toxunub, polis işçilərinin qarşısında duran vəzifələrdən, onların öhdəliklərindən danışıb, həmçinin çatışmazlıqları və problemləri vurğulayıb.

"Polis, Daxili İşlər orqanları Azərbaycan dövlətinin əsas sütunlarından, dayaqlarından biridir. Polis Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmət edir. Azərbaycanın dövlət müstəqilliyinə xidmət edir. Hər bir Azərbaycan vətəndaşına xidmət edir. Ona görə bu, bizim hamımızın bayramıdır. Bu səbəbdən də mən bayram günü sizinlə bir yerdə olmaq üçün buraya, “Respublika” sarayının bu möhtəşəm salonuna gəlmişəm", - Heydər Əliyev deyib.

Onun sözlərinə görə Daxili İşlər Nazirliyində, polis orqanlarında böyük islahatlar həyata keçirilir. "Bu islahatlar Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunun bir hissəsidir. Biz müstəqilliyimizi əldə edən kimi bəyan etmişik ki, yolumuz müstəqil, demokratik dövlət qurmaqdır, hüquqi dövlət qurmaqdır, dünyəvi dövlət qurmaqdır. Biz bu yol ilə gedirik. Bu, bizim Konstitusiyamızda təsbit olunubdur. Son illər qəbul etdiyimiz yüzlərlə, bəlkə də minlərlə qanunlarda, fərmanlarda təsbit olunubdur. Bu yol ilə gedirik. Bu halda gərək, Azərbaycanın dövlət strukturlarının hamısı demokratik, hüquqi dövlət prinsiplərinə uyğun olsunlar. Biz bunlara görə də bütün sahələrdə islahatları keçiririk. Siz bunları bilirsiniz. O cümlədən, Daxili İşlər Nazirliyində, Prokurorluqda, Məhkəmə orqanlarında, Milli Təhlükəsizlik Nazirliyi sistemində bu islahatları keçiririk. Bu da sirr deyil ki, bu orqanlarda keçmiş SSRİ vaxtından mövcud olan qanunlardan yox, qaydalardan, əmrlərdən, yaxud yaranmış ənənələrdən indiyə qədər istifadə olunur. Bunların bir qismi elə bu günün tələblərinə uyğundur. Amma bir çox hissəsi yox. Ona görə də islahatlar keçirərək biz hüquq-mühafizə orqanlarını, polisi, Daxili İşlər Nazirliyini beynəlxalq standartlara qaldırmağa çalışırıq. Beynəlxalq standartlar demokratik dövlət, hüquqi dövlətdir. Biz polis haqqında çox gözəl qanun qəbul etdik. Yaxud, prokurorluq haqqında qanun qəbul etdik. Məhkəmə islahatları keçirdik. Amma bilirsiniz, bunların həyata keçirilməsi üçün nə qədər müzakirələr aparırdıq. Bizim əməkdaşlarımızın bir qismi mühafizəkar fikirlərlə yaşayır və deyirlər ki, yox, bu belə olsa, dünya dağılar. Məsələn, biz Prokurorluq haqqında qanunun qəbul olunmasını bir il gecikdirdik. Biz gecikdirmədik. Gecikdirdilər. Nə üçün? Çünki Prokurorluğun bəzi səlahiyyətləri beynəlxalq hüquq normalarına ziddir, bu, SSRİ prokurorluğunun prinsipləridir. SSRİ prokurorluğu da hələ Leninin vaxtından təşkil olunmuş prinsiplər əsasında gedir. Birincisi, prokurorluqda olan adamlar, onların başçıları bunlara öyrəniblər, ikincisi də həmin o müddəalar onlara çox böyük imkanlar yaradır. İmkanlar o mənada yox ki, onlar prokurorluq fəaliyyətlərini daha da yaxşı həyata keçirsinlər. O mənada ki, oradan şəxsi məqsədləri üçün daha da çox istifadə etsinlər", - deyə Ümummilli Lider qeyd edib.

"Beynəlxalq hüquq normaları da təmin olunur", - deyə o əlavə edib. "Bu islahatlar hələ gərək bütün hüquq-mühafizə orqanları əməkdaşlarının beyninə həkk olsun. Çünki yenilik təbiidir ki, ancaq köhnə ilə mübarizədə inkişaf edə bilər. Əgər yeni mübarizə uğurla aparılsa, köhnə get-gedə məhv olur. Biz qanunu qəbul etmişik. Siz qanunları icra etməlisiniz. Ancaq bunu da bilirik ki, hələ bəziləri bu qanunları dərk edə bilmirlər. Hələ köhnə fikirlə yaşayırlar. Bəlkə də buna bir az zaman lazımdır. Ancaq bilməlisiniz ki, yol bu yoldur, islahatlar yoludur və biz islahatlar yolu ilə gedəcəyik. Polis haqqında indiki qanun çox yaxşı qanundur. Polisin vəziyyətini çox yaxşılaşdırıbdır. Polis cinayətkarlıqla mübarizə aparır. Dövlətin hüquqlarını qoruyur. Amma, eyni zamanda, polis hər bir vətəndaşın hüququnu qoruyur. Cinayətkar təkcə dövlətə qarşı cinayət etmir ki. Dövlətə qarşı cinayət edənlər, Allaha şükürlər olsun ki, tamamilə azalıbdır. Cinayət edən başqa bir vətəndaşın hüququnu pozur. Nəinki hüququnu pozur, ağır cinayətlər edir. Ona görə polisin vəzifəsi, borcu həm dövlətin mənafelərini qorumaq, dövlətin siyasətini həyata keçirmək, həm də bizim Konstitusiyada göstərildiyi kimi, vətəndaşların hüquqlarını qorumaqdır, vətəndaşın təhlükəsizliyini təmin etməkdir ki, vətəndaş rahat yaşaya bilsin", - deyə Heydər Əliyev qeyd edib.

"Ölkəmizdəki möhkəm sabitlik bir tərəfdən cinayətkarlıqla mübarizə, sizin öz vəzifələrinizi layiqincə yerinə yetirməyiniz, ikinci tərəfdən də insanların, vətəndaşların hüquqlarının qorunması üçün dövlətimizin yaratdığı təminat nəticəsində mümkün olmuşdur", - deyə o vurğulayıb. "Beş-altı il bundan əvvəl vətəndaş küçəyə çıxa bilmirdi. Onda anlayırdı ki, Azərbaycanda hakimiyyətsizlikdir, gərək hərə öz başını dolandırsın. Amma indi Azərbaycanda hakimiyyət var, dövlət var, qanun var, hər şey var, ictimai-siyasi sabitlik təmin olunubdur", - deyə Heydər Əliyev vurğulayıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR