Slimfit
  1. CƏMİYYƏT

Heydər Əliyev olmasaydı... - Mais Məmmədovun xatirələri

Heydər Əliyev olmasaydı... - Mais Məmmədovun xatirələri
Sakura

Heydər Əliyev olmasaydı... - Mais Məmmədovun xatirələri

Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.

Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.

Heydər Əliyev keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Ümummilli lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutmuş, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır.

Hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir şəxsiyyət Heydər Əliyev haqqında dünyanın məşhur simalarının necə heyranlıqla, ehtiramla danışdıqlarının şahidiyik. Müasiri olan dünya liderləri, tanınmış dövlət adamları və siyasi xadimləri tərəfindən dünya miqyasında böyüklüyü etiraf edilən, o cümlədən ABŞ-ın sabiq Prezidenti Corc Buşun “şəksiz lider”, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “türk dünyasının tanınan və sevilən lideri”, Rusiya Prezidenti Vladimir Putinin “siyasi nəhəng”, Fransanın sabiq Prezidenti Jak Şirakın “qeyri-adi şəxsiyyət” adlandırdıqları Heydər Əliyev şəxsiyyətinin nəhəngliyi bu günlərdə yenidən göz önündə canlanır, qəlbimizdə bir daha qürur və iftixar hissləri baş qaldırır.

Bu gün Ümummilli lider Heydər Əliyevin vəfatının 16-ci ildönümüdür. Heydər Əliyev Azərbaycan tarixində müstəqil və süveren dövlətin simvolu, cəsur insan, ən böyük vətəndaş kimi qalıb. Son illərdə ölkəmizin əldə etdiyi bütün uğurlar bu böyük şəxsiyyətin adı ilə bağlıdır. Müasir tariximizi Heydər Əliyevsiz təsəvvür etmək mümkün deyil. Onun mənalı ömür yolu gələcək nəsillər üçün əsl örnəkdir.

Əməkdar jurnalist Mayis Məmmədov Heydər Əliyevin anım günü ilə bağlı bildirdi ki, onun kimi şəxsiyyət çətin ki, bir də dünyaya gəlsin: “Putin bir dəfə onun barəsində belə bir söz demişdi ki, o, siyasi nəhəngdir. Biz Heydər Əliyev barəsində ANS-də film çəkəndə, xüsusi olaraq Moksvaya getmişdik. Orada müxtəlif insanlarla görüşmüşdük. Onların arasında Lujkov, Kabzon və başqa yüksək rəsmilər var idi. Onların hamısı deyirdi ki, belə bir insan dünyada yoxdur. Mən həmin vaxt onlara belə bir sual vermişdim ki, bəs nə üçün Qorbaçov o vaxt Heydər Əliyevi vəzifədən kənarlaşdırmışdı? Deyirdilər ki, bu siyasi məsələdir. Mən deyim ki, bu siyasət deyildi. Hamısı əla başa düşürdü ki, əgər Əliyev vəzifədə olsaydı, Qarabağ problemi olmazdı. Ona görə Heydər Əliyevi Kremldən çıxarmaq bu insanlara lazım idi. Sonradan mən 20 Yanvar hadisələrindən sonra başa düşdüm ki, doğurdan da bu, belədir. Qarbaçov Sovet ordusunu Bakıya göndərəndə bu mənə aydın oldu.

Heydər Əliyev olmasaydı, Azərbaycan Aşqabad batan kimi batardı. Şükrlər olsun ki, bizim belə bir liderimiz olub. O, mənim canım-ciyərim idi, onunla dəfələrlə görüşmüşəm. İndi də hər dəfə may və dekabr aylarında onun qəbrini ziyarət edirəm.

Əslində birinci katib olanda heç kim onu tanımırdı. O vaxtlar Azərbaycanda vəziyyət heç də yaxşı deyildi. Məsələn adi “upravdom”a yaxınlaşanda adi bir ərizə istəyəndə adamdan pul istəyirdilər. Sonradan onun rəhbərliyi ilə ölkədə vəziyyət yaxşıya doğru dəyişdi. Mən həmin illər pambıq və üzümçülüyə gedəndə görürdüm ki, insanların dolanışığı düzəlib və yaxşı pul qazanırlar. Heydər Əliyev insanlardan soruşanda ki, sizə nə lazımdır? Cavab verirdilər ki, “Volqa” maşını istəyirik. O, soruşurdu ki, pulunuz çatır bu maşını almağa? Cavab verirdilər ki, çatır, çatır. Bu faktdır.
Heydər Əliyev sahələrdə olanda heç kim ona düzgün olmayan informasiya verə bilmirdi. Sahəni yaxından bildiyi üçün onu aldada bilmirdilər. Məsələn pambıq sahələrinə baş çəkəndə neçə dəfə suvarlandığını da bir dəfə sahəyə baxmaqla başa düşürdü. Bir dəfə ondan soruşdum ki, siz bunların hamısını hardan bilirsiniz? Mənə cavab verdi ki, ay Mayis, işləyirəm də, çağırıram naziri ondan soruşuram. Sonra müavinini çağırıram ondan da maraqlanıram.

Bir dəfə Böyük Britaniyada səfərdə olanda Heydər Əliyev Sumqayıtdakı zavodla bağlı ölkənin böyük şirkət rəhbəri ilə görüşmüşdü. Tərəflər arasında söhbət gedən zaman, britaniyalı şirkət rəhbəri Heydər Əliyevin onun sahəsi barədə bu qədər məlumatlı olmasından çox təəccüblənmişdi.
Bundan başqa Heydər Əliyev Marqaret Tetçeri də Londonda onunla danışarkən peşman etmişdi. Həmin görüşdə Tetçer bizə iradlar bildirir, erməniləri blokadaya salmaqda ittiham edirdi. Heydər Əliyev ona elə bir cavab vermişdi ki, qarşı tərəf susmuşdu. Ona Qarabağda baş verən cinayətlərdən, insanların öldürülməsindən, öz torpaqlarından didərgin düşməsindən və İngiltərədə ermənilərin törətdiyi cinayətlərdən danışdı. O, Tetçerə sual verdi ki, siz istəyirsiniz ki, bizdə də belə olsun? 15 dəqiqədən sonra xanım Tetçer qıpqırmızı oldu və Heydər Əliyevə, “Mən sizi başa düşdüm, mən sizi tanımırdım”, - deyə cavab verdi.

Heydər Əliyev bir çox ölkələrə səfər edərkən mediaya açıqlama verərərkən jurnalistlıər onun hazırcavablığı, zəkası və siyasi lider olmasına qibtə edirdilər.

Bir dəfə heç yadımdan çıxmaz, Naxçıvanda sərhəddə görüş baş tutmuşdu. Görüşdə ermənilərin parlament sədri, ordu polkovniki və başqa rəsmilər iştirak edirdi. Mən də həmin vaxt jurnalist kimi qatılmışdım. Deməli, erməni polkovnik özünü göstərməyə başladı, gah ayağa durur, gah da nəsə deyirdi. Heydər Əliyev ona bir söz dedi, ardınca parlament sədri erməni dilində hərbçinin üstünə qışqırdı və ondan sakit dayanmağını istədi”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR