Slimfit
  1. MƏDƏNİYYƏT

Heydər Əliyev Mərkəzində Nəsimi Festivalının açılışında nadir qədim musiqi alətləri ansamblı çıxış edəcək

Heydər Əliyev Mərkəzində Nəsimi Festivalının açılışında nadir qədim musiqi alətləri ansamblı çıxış edəcək
Sakura

Heydər Əliyev Mərkəzində Nəsimi Festivalının açılışında nadir qədim musiqi alətləri ansamblı çıxış edəcək

27-30 sentyabr tarixlərində Azərbaycanda ilk dəfə olaraq Nəsimi - şeir, sənət və mənəviyyat Festivalı keçiriləcək. Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşır.

Tədbirin rəsmi açılış mərasimi də Heydər Əliyev Mərkəzində keçiriləcək. Belə ki, sentyabrın 28-də axşam Mərkəzdəki konsert proqramında Nəsiminin şeirləri təqdim olunacaq, muğamlardan parçalar, XIII-XIV əsr görkəmli Azərbaycan musiqiçisi Əbdülqadir Marağayinin bəstələri üzərinə gənc və orta nəsil bəstəkarların Azərbaycan Milli Konservatoriyasının nəzdindəki "Əsrlərin sədası" qədim musiqi alətləri ansamblı üçün yeni işləmələri, dahi bəstəkar Fikrət Əmirovun "Nəsimi haqqında Dastan" əsəri, Azərbaycanın Əməkdar artisti Tünzalə Ağayevanın Nəsiminin sözlərinə bəstələdiyi "Dua" mahnısı səslənəcək. Konsertdə Azərbaycan əsilli, tanınmış britaniyalı müğənni Sami Yusif də çıxış edəcək.

Trend-in müxbiri Azərbaycan Milli Konservatoriyasında "Əsrlərin sədası" qədim musiqi alətləri ansamblının məşqində olub.

"Əsrlərin sədası" ansamblı Azərbaycanın xalq artisti, professor Fəxrəddin Dadaşov tərəfindən konservatoriyanın istedadlı tələbələrindən təşkil olunub.

Mən istedadlı gənclərdən ibarət belə kollektiv yaratdığıma görə xoşbəxtəm və bütün bacarığımı gələcək nəsilə ötürəcəyəm. Bizim qədim musiqi alətləri ansamblında əcdadlarımızın ruhu, onların nəsrə, musiqi və fəlsəfəyə olan sevgisi, mənəvilik və mükəmməlliyə olan meyli yaşayır. Ansambl solistlərinin hər biri bunu tamamilə dərk edir və böyük Nəsiminin şərəfinə Festivala ürəkdən hazırlaşır. Əbdülqadir Marağayinin musiqisi altı əsrdən bu günə qədər gəlir. Onun musiqisi dərin məna və inandırıcı səmimiyyətə malikdir, Heydər Əliyev Mərkəzində Nəsimi festivalının açışılında çıxış hər birimiz həyatında əhəmiyyətli bir hadisə olacaq və tamaşaçılara unudulmaz təəssüratlar yaşadacaü", - Fəxrəddin Dadaşov bildirib.

"Əsrlərin sədası" ansamblının ifasında Aliyə Məmmədova, Rüfət Xəlilov, Ayaz Qənbərli və Fərid Fətullayev kimi bəstəkarların 4 əsəri səslənəcək. XIV-XV əsr musiqiçisi və musiqi nəzəriyyəçisi Əbdülqadir Marağayinin motivləri əsasında yazılan əsərlər orta və cavan nəsil bəstəkarları tərəfindən nota köçürülüb.

Bəstəkarlar İttifaqının üzvü, konservatoriyanın doktorantı Fərid Fətullayev qeyd edib ki, Heydər Əliyev Fondunun layihəsi sayəsində gənc bəstəkarlara özünü orta əsrə aid əsərlər üzərində işdə göstərmək üçün gözəl imkan yaradılıb və gələcək yaradıcılıq fəaliyyəti üçün böyük stimul verilir.

 

"Əbdülqadir Marağayinin motivləri əsasında tarixdə ilk dəfə olaraq orta əsr əsərlərinin nota köçürərək öz kompozisiyalarımızı yazdıq. Mən ritmik kompozisiya yaradaraq "Cəngi" adını verdim. "Cəngi" sözünün özü Azərbaycan dilinə tərcümədə "hərbi" deməkdir, pəhləvanların döyüşüdür və əvvəllər onların şərəfinə ifa olunurdu. Musiqi döyüşə və qəhrəmanlığa çağırışı ifadə edir", - F.Fətullayev deyib.

Ansamblın dirijoru – daha bir gənc istedad, P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunu, Azərbaycan Dövlət Musiqili Teatr və Milli Konservatoriyanın Kamera orkestrinin dirijoru Orxan Həşimovdur.

"Bu qədim musiqi alətlərlə ilk təcrübəmdir və qeyd etməliyəm ki, işin çətin olmasına baxmayaraq, mən həqiqi həzz alıram. Layihə möhtəşəmdir! İdeyaların həyata keçirilməsi və yaradıcılıq geniş imkan, əvvəlki dövrlərə səyahət etmək imkanı – aşıb-daşan hiss və emosiyaları tamaşaçılara ötürmək. Mənim üçün təsəvvüredilməzdir – mənəvilik və yüksək incəsənət fəlsəfəsi! Biz, gənc musiqiçilər üçün, Heydər Əliyev Mərkəzində Nəsimi Festivalının açılışında bu əsərləri təqdim etmək böyük şərəfdir. Gələcəkdə isə bu ansamblla Avropa klassiklərinin əsərlərini işləmək istərdim", - O.Həşimov deyib.

Maraqlıdır ki, Azərbaycan qədim musiqi alətləri nəinki bərpa olunub, həm də Konservatoriyanın milli musiqi alətlərinin təkmilləşdirilməsi elmi-tədqiqat laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov tərəfindən təkmilləşdirilib.

M.Məmmədov deyib: "Musiqi alətləri böyük təkamül yolu keçib. Misal üçün, kamança ilk olaraq 1 simdən ibarət idi, indi isə 4-8 simdir, beş simli tar 13-simli tar olub və s. Ona görə də bizim tərəfimizdən araşdırma aparılıb və səslənmə keyfiyyətinə görə zamanın tələblərinə uyğun olaraq, qədim musiqi alətləri təkmilləşdirilib. Xüsusilə, böyük Üzeyir Hacıbəyov tərəfindən Milli alətlər ansamblı yaradılarkən səs diapazonu 2 oktava yarım idi, bizim qarşımızda məqsəd isə onu 7 oktavaya qədər qaldırmaq idi. Milli qədim alətlərin əsasında buna nail olduq. Bu milli musiqidə faktiki olaraq inqilabdır! Ansamblda hazırda dəmir halqalı davul, dördkünc davul, meydan nağara, üçkünc bəm, şahrubə, rudə, qolça qopuz, yaylı saz, yaylı tar və s. ifa edilir. Nəsimi Festivalının qonaqları nəsr, incəsənət və mənəvilik möhtəşəm bayramında təkrarolunmaz əsərləri yeni səsləndirmə ilə seyr və qulaq asa biləcəklər".

Qeyd edək ki, ilk dəfə olaraq bu cür möhtəşəm festival bilet və dəvətnamələr əsasında deyil, sırf www.nasimifestival.live rəsmi saytında qeydiyyat vasitəsi ilə həyata keçiriləcək. Burada həmçinin layihə barədə təfərrüatları öyrənmək olar. Buna görə də saytda bu və ya digər tədbirə giriş bileti üçün qeydiyyatdan keçmək lazımdır.

Festival şairin fəlsəfi baxışlarını əks etdirən "Simadan – asimana" və onun öz kəlamından götürülən "Zərrə mənəm, günəş mənəm…" şüarları ilə keçiriləcək. Genişmiqyaslı tədbirin proqramı müxtəlif sənət növləri və bilik sahələrini əhatə edir. Festival günlərində Bakı şəhərinin müxtəlif məkanlarında, eləcə də Nəsiminin doğma diyarı Şamaxıda proqramlar təşkil olunacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR