Slimfit
  1. SİYASƏT

Həsən Ruhani: 'Qoşulmama Hərəkatı münaqişələrin həllinə töhfə verə bilər'

Həsən Ruhani: 'Qoşulmama Hərəkatı münaqişələrin həllinə töhfə verə bilər'
Sakura

Həsən Ruhani: 'Qoşulmama Hərəkatı münaqişələrin həllinə töhfə verə bilər'

Bu gün müstəqil ölkələrin irəli getmələri üçün əlaqələndirmə və sinerji olmalıdır, Qoşulmama Hərəkatı da onların milli mənafelərini təmin etməyə kömək ola bilər.

Report” xəbər verir ki, bu barədə Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII zirvə görüşü zamanı İran prezidenti Həsən Ruhani bildirib.

“Qardaş ölkə Azərbaycanın Prezidenti İlham Əliyevə göstərdiyi səylərə və qonaqpərvərliyə görə təşəkkür etmək istərdim”, - deyə ali qonaq qeyd edib.

Dünyada ikiqütblü sistemin çökməsindən sonra ABŞ-ın hərbi gücə, iqtisadi qüdrətə, mediaya arxalanaraq yeni dünya sistemi şüarını ortaya atmaqla təkbaşına dünyanı idarə etmək iddiasında olduğunu deyən İranın dövlət başçısı bəzi ölkələrin bu addımlara meydan oxuyaraq siyasət və iqtisadiyyat sahələrində qüvvələrini birləşdirməyə çalışdıqlarını diqqətə çatdırıb.

“Bu gün ABŞ dünyanın müxtəlif bölgələrində, o cümlədən Qərbi Asiyada müharibə törədərək insanları öldürür, külli miqdarda iqtisadi ziyan vurur. ABŞ-ın yeritdiyi qloballaşdırma siyasəti ucbatından dünyada bərabərsizlik yayılır, iqtisadi böhran təhlükəsi get-gedə artır”, - deyən İran prezidenti Qoşulmama Hərəkatının üzərinə bu mənada böyük vəzifələr düşdüyünü qeyd edib: “Qoşulmama Hərəkatı həm də iqtisadi dayanıqlığı artırmaq, iki və çoxtərəfli sazişlər vasitəsilə ticarət əlaqələrini gücləndirmək, kriptovalyutalardan istifadə etməklə yolu ilə ABŞ-ın dünya ağalığına doğru atdığı addımları sovuşdura bilər. Sözsüz ki, bütün bunlar beynəlxalq hüquq çərçivəsində olmalıdır”.

H.Ruhaninin fikrincə, Qoşulmama Hərəkatı terrorçuluğa qarşı mübarizə, dünyada və bir sıra regionlarda sülhün və təhlükəsizliyin bərqərar olması kimi məsələlərin həllində, beynəlxalq hüquq normalarına əməl olunmasında mühüm rol oynaya bilər: “Bu gün müstəqil ölkələrin irəli getmələri üçün daha çox əlaqələndirmə və sinerji olmalıdır. Hərəkat da bu ölkələrin milli mənafelərini təmin etmək üçün aralarında əlaqələr qurmaqla sözügedən istiqamətdə kömək ola bilər”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR