Slimfit
  1. MƏDƏNİYYƏT

Həsən Bəy Zərdabi – 182 - Milli mətbuatın “Əkinçi”si

Həsən Bəy Zərdabi – 182 - Milli mətbuatın “Əkinçi”si
Sakura

Həsən Bəy Zərdabi – 182 - Milli mətbuatın “Əkinçi”si

Milli mətbuatın banisi, ziyalı, mədəniyyət xadimi Həsən bəy Zərdabi 1837-ci il iyunun 28-də Göyçay qəzasının Zərdab kəndində anadan olub.

ATV.az xəbər verir ki, əvvəlcə mollaxanada, sonra isə Şamaxı məktəbində oxuyan Həsən bəy orta təhsilini Tiflisdə tamamlayır. 1861-ci ildə Moskva Universitetinə imtahansız daxil olan Zərdabi təbiət-riyaziyyat fakültəsini bitirir və alim adı alan  ilk  həmvətənimiz olur. 1869-cu ildə Bakıya gələrək orta məktəbdə dərs deməyə başlayır. Çar rusiyasının maariflənmək imkanlarını çərçivəyə saldığı bir vaxtda o, insanların təhsil alması üçün əlindən gələni edir. Şərdqə ilk   xeyriyyə  cəmiyyətini  yaradır  və bu   cəmiyyətin  bölgələrdə  gənclərin  maariflənməsində  əvəzsiz  xidmətləri   olur.  Ana  dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən Zərdabi qəzet çap etmək üçün  hökumətə  müraciət edir. Bütün  çətinliklərə  baxmayaraq  1875-ci ilin iyulun 22-də Bakıdakı qubernator mətbəəsində Azərbaycan dilində ilk qəzet - "Əkinçi" işıq üzü görür. Bununla da Azərbaycanda milli mətbuatının əsası qoyulur.

Təəssüf ki, mətbuat orqanının ömrü çox da uzun olmur. Cəmi 2 il ərzində 56 nömrəsi çapdan çıxan qəzet 1877-ci ildə nəşrini dayandırır. Ayda 2 dəfə olmaqla 300-400 tirajla nəşr olunan "Əkinçi"nin dəst-xətti bir ideya üzərinə qurulmuşdu. Cəmiyyətin mariflənməsi , dünyəvi təşəkkürün    formalaşması  Zərdabinin ən böyük hədəfi idi .

Zərdabi həm də peşəkar teatrımızın  yaradıcılarındandır.  Onun və məşhur dramaturqlar Nəcəf bəy Vəzirovla Əsgər ağa Adıgözəlovun səyi  ilə 1873-cü ildə Axundovun "Hacı Qara" və "Vəziri xani Lənkəran" komediyaları tamaşaya qoyulub. 1880-cı ildən etibarən Həsən bəy Zərdabi doğma kəndi Zərdabda yaşayır. Imkan tapdıqca "Ziya", "Kəşkül", "Kaspi" və s. qəzetlərdə Azərbaycan və rus dillərində elmi məqalələr nəşr etdirirdi.  Həyatının son illərində Həsən bəy Zərdabi Bakı Şəhər Dumasında maarif şöbəsində rəsmi vəzifədə çalışaraq Bakı və ətraf kəndlərdəki məktəblərə başçılıq edib. Gərgin elmi fəaliyyətlə məşğul olan Zərdabi özünü həddindən artıq yorduğu üçün iflic xəstəliyinə tutulur və 1907-ci il noyabrın 28-də vəfat edir. Hazırda onun məzarı Fəxri xiyabandadır

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR