Slimfit
  1. ƏDƏBİYYAT

Həsən bəy Hadi - Ey bizi həcv qılan şairi-dövran Əzim

Həsən bəy Hadi - Ey bizi həcv qılan şairi-dövran Əzim
Sakura

Həsən bəy Hadi - Ey bizi həcv qılan şairi-dövran Əzim

Ey bizi hәcv qılan şairi-dövran Әzim,
Seyyidü sәrvәrü sәrdari-süxәndan Әzim,
Dәhr gülzarı ara bülbüli-xoşxan Әzim,
Әzizim, ikki gözüm, cәddinә qurban, Әzim!
 
Şәnin üzmadı әgәr biz deyilik әzmi-rәmim,
Abi-heyvan dәkisәn, biz dәxi qәssaq, hәmim,
Seyyidin tәbi kәramәtli olur, nәfsi sәlim,
Nә rәvadır deyәsәn hәrzәvü hәdyan, Әzim?
 
Sәn әgәr ali-Әlisәn, hanı qeyrәt, de görüm!
Haşimisәn, qürәşisәn, hanı qeyrәt, de görüm!
Allah, allah, nәdi bir böylә qәsavәt, de görüm!
Sakit ol, samit otur, sındımı peyman, Әzim?!
 
Cәddini mәdh edәn vәqtdә, әya alicәnab,
Niyә qarnına düşüb sancı, edirsәn tәbü tab?
Sәn dә mәn kimi gözün yaşını tök, başını çap,
Cәddini yaxşı tanı, mәrtәbәsin qan, Әzim!
 
Aç bәsirәt gözünü şahi-şәhidanә tәrәf,
Baxgilәn Kәrbübәla sәmtinә meydanә tәrәf,
Mәhliqa canları gör, tiği-cәfa ilә tәlәf,
Gör ki, sәn dә olusan qanına qәltan, Әzim!
 
Şur başında әgәr olsa, bilirsәn ki, nә var,
Eşq gülzarına gәl, seyr elә bir, keçdi bahar,
Qumriyü bülbülü cüğdü necә gör zarü fikar
Eşq sultanına olmuşlar әzaxan, Әzim!
 
Gәr desәm hәcv sәnә, cümlә müsәlmanә dәyәr,
Zәmm daşın gәr atam, şişeyi-imanә dәyәr,
Bәdәnә hadis olan sәdmә yәqin canә dәyәr,
Nә edim, çarә nәdir, cuş qılır qan, Әzim!
 
Hüsni-xülqi bizә mәlumdu Mirzә Hәsәnin,
Yox lüzumu o cәnabә dәxi iqrar sәnin,
Mәnbәi-feyzdir alәmlәrә kani-kәrәmin,
Mәdәni-elmü әdәb, mәlcәi-ürfan Әzim!
 
Kim deyir rus dili bidәtdir alәm ara,
Cahili әlsinәlәr xiclәtdir alәm ara,
Hәr dilin mәrifәti izzәtdir alәm ara,
Mәrifәt elmini kim eylәdi ketman, Әzim!
 
Dәxi bihudә danışma sәn, әya paknihad,
Nәfsi-әmmarә ilә Hadi kimi eylә cәhad.
Hüzn ilә qan yaş axıt, eylәgilәn cәddini yad,
Nariza olmaya ta şahi-şәhidan, Әzim!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR