Slimfit
  1. AZƏRBAYCAN

Hesablama Palatasının əməkdaşları İstanbulda seminarda iştirak edib

Hesablama Palatasının əməkdaşları İstanbulda seminarda iştirak edib
Sakura

Hesablama Palatasının əməkdaşları İstanbulda seminarda iştirak edib

Hesablama Palatasının auditoru Firsənd Qurbanov və sosial sahələrin auditi şöbəsinin böyük məsləhətçisi Elgün Atalıyev İstanbulda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin ali audit qurumlarının təmsil olunduğu ECOSAI təşkilatının (İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Ali Audit Qurumları Təşkilatı) "Mövcud dövlət sektoru auditi qaydalarında problemlər" mövzusunda keçirdiyi seminarda iştirak edib.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qurumun nümayəndələri seminarda "Ali audit qurumlarının milli büdcələrə səmərələşdirici təsiri" mövzusunda çıxış edərək Hesablama Palatasının dövlət büdcəsinin gəlir və xərclərinin layihəsinə, icrasına və dürüstləşməsinə rəy vermə prosesi, müxtəlif normativ hüquqi aktlarda dəyişikliklər edilməsinə dair hökumətə təqdim edilən təkliflər, həmçinin iki pilot səmərəlilik auditinin nəticələri barədə məlumat verib, digər iştirakçıların ünvanladıqları sualları cavablandırıb.

Dörd günü əhatə edən seminara təşkilata üzv 9 ölkənin 40-dək təmsilçisi qatılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR