Hərracda orta təmirli ev aldı - Qarajdan "Lamborghini" çıxdı
Amerikada bir gənc hərrac üsuluyla aldığı evdə həyatının ən böyük suprizi ilə qarşılaşııb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hərrac yoluyla alış-veriş edən gənc mülkün içini görmədiyi üçün sadəcə aşağı təmirli ev aldığını düşünüb. Alqısatqı rəsmiləşdikdən sonra evi görməyə gedən şəxs qarajda nəisə olduğunu görüb. Gənc qarajın qapılarını açan zaman gördüyü mənzərə qarşısında təəccüb keçirib.
Qarajın içində 1971-ci ilə aid "Lamborghini" markalı avtomobil olub. İçini görmədən aldığı evin ona həyatının hədiyyəsini verdiyini görən gənc dərhal avtomobili qarajdan çıxardıb.
Evlə bərabər klassik avtomobil sahibi olan alıcı avtomobili təmir və təmizləməyə göndərib. Həmin avtomobilin təxmini qiyməti 2 milyon 500 min dollar dəyərindədir.
Maraqlısı ondadır ki, həmin avtomobilin içindən köhnə silah da çıxıb.
Bildirilir ki, xaricdə keçirilən hərracda almaq istədiyiniz mülk evdirsə alış-veriş əməliyyatı rəsmi olaraq reallaşmayana qədər o evin içinə girib gəzmək, baxmaq mümkün deyil.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət