Slimfit
  1. AZƏRBAYCAN

Hərbi qeydiyyata alınan vətəndaşlardan sənədlər onlayn qaydada qəbul ediləcək

Hərbi qeydiyyata alınan vətəndaşlardan sənədlər onlayn qaydada qəbul ediləcək
Sakura

Hərbi qeydiyyata alınan vətəndaşlardan sənədlər onlayn qaydada qəbul ediləcək

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2019-cu ilin yaz sessiyasında ilk iclası keçirilib

Yanvarın 17-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2019-cu ilin yaz sessiyasında ilk iclası keçirilib.

Milli Məclisin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, iclası açan komitə sədri, parlament sədrinin birinci müavini Ziyafət Əsgərov əvvəlcə komitə üzvlərini yeni sessiyanın başlanması münasibəti ilə təbrik edib.

Sonra komitənin gündəliyinə daxil edilən "Azərbaycan Respublikasının "Sərhəddə fərqlənməyə görə" medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında", "Silahlı Qüvvələrin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməsinin təsdiq edilməsi barədə", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Azərbaycan Respublikasının dövlət dili haqqında" qanunlarda, Seçki Məcəlləsində və "1994-cü il 23 sentyabr tarixli 886 nömrəli qanunla təsdiq edilmiş "Silahlı Qüvvələrin qarnizon və qarovul xidmətləri nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında qanun layihələri müzakirə olunub.

Bu sənədlərdə edilən dəyişiklikləri şərh edən Ziyafət Əsgərov bildirib ki, qanun layihələri qanunvericiliyə uyğunlaşdırma xarakteri daşıyır. Belə ki, 2016-cı il sentyabrın 26-da ölkəmizdə keçirilmiş referendumla Azərbaycan Konstitusiyasına xeyli sayda əlavə və dəyişikliklər edilib. Həmin dəyişikliklərdən biri də Konstitusiyanın 9-cu maddəsinə edilən dəyişikliyə müvafiq olaraq "Sərhəd mühafizə orqanları haqqında" qanuna edilən dəyişikliklərdir. Bu qanunlarda edilən dəyişikliklərin mahiyyəti həmin qanuna uyğunlaşdırmaya xidmət edir.

Sonra Ziyafət Əsgərov "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna edilən dəyişiklikləri diqqətə çatdırıb. Bildirilib ki, sənədə edilən dəyişikliklər ilkin hərbi qeydiyyata alınan 16 yaşından yuxarı vətəndaşlardan tələb olunan sənədlərin onlayn qaydada qəbul edilməsi qaydalarını tənzimləyəcək.

Müzakirə edilən qanun layihələri baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

 








Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR