Hərbi hissələrdə və cəzaçəkmə müəssisələrində seçki məntəqələrinin yaradılması başa çatıb
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar hərbi hissələrdə, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində seçki məntəqələrinin yaradılması prosesi başa çatıb.
“Report” xəbər verir ki, “Milli Məclisə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı"na əsasən, dairə seçki komissiyaları yuxarıda qeyd olunan yerlərdə seçki məntəqələrini səsvermə gününə azı 50 gün qalanadək yaratmalı idilər.
Hərbi hissələrdə, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində seçki məntəqələri Müdafiə, Daxili İşlər, Ədliyyə nazirlikləri və bələdiyyə qurumlarının başçıları ilə birlikdə yaradılır.
Beləliklə, hərbi hissələrdə, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində seçki məntəqələrinin yaradılması üçün verilən vaxt dekabrın 21-də başa çatıb.
Xatırladaq ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-da keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət