Slimfit
  1. MARAQLI

“Hər şeyi partladacağıq": Sovet məhbusları Pakistana necə qaçdılar

“Hər şeyi partladacağıq": Sovet məhbusları Pakistana necə qaçdılar
Sakura

30 il əvvəl Yakutiyadan olan məhbuslar Tu-154 təyyarəsini Pakistana qaçırdılar

19 avqust 1990-cı ildə 15 məhbus Neryunqridən Yakutska  aparılarkən mühafizəçilərə hücum etdilər və Tu-154 təyyarəsini qaçırdılar. Onlardan biri  ov tüfəngini və patronları ayaq protezində hava gəmisinə keçirə bilmişdi, digəri isə gözətçiləri bomba mulyajı ilə hədələdi. Cinayətkarlar ekipaj heyətini marşrutu dəyişməyi və Karaçi hava limanına enməyi əmr etdilər. Pakistan məhkəməsi Sovet vətəndaşlarını edam cəzasına məhkum etdi, sonradan bu hökm ömürlük həbs cəzası ilə əvəz olundu. 1998-ci ildə isə onlar Pakistanın 50 illik yubileyi şərəfinə verilmiş amnistiya ilə azad olundular. 

Sovet və rus qəzetləri bu hekayə haqqında dəfələrlə yazıblar. Ona Bir neçə sənədli film həsr olunmuşdur. Dağılma ərəfəsində olan  SSRİ-də az qala hər gün baş verən rezonans doğuran olaylara təyyarənin cinayətkarlar tərəfindən qaçırılması əlavə edildi. 19 Avqust 1990-cı ildə Yakutskınmcənubundakı şaxtaçı şəhəri Neryunqrinin yaxınlığında uerləşən Çulman hava limanından Tu-154 təyyarəsi Yakutska doğru start götürdü. Əksəriyyəti adi işçilər və onların ailələri oıan Sərnişinlərdən əlavə - salonda zəngin cinayət nioqrafiyası olan 15 qaranlıq şəxsiyyət də vardı: aralarında qatillər, soyğunçular və avtomobil oğruları oımaqla. Məhkumlar müvəqqəti saxlanma yerindən istintaq təcridxanasına köçürülməkdəydilər.

Təlimatlara əsasən, bu cür kampaniyanı ən azı iyirmi silahlı və təcrübəli mühafizəçi  tərəfindən qorunması lazım idi.

Ancaq ya bunların hamısına təyyarədə yer çatmamışdı, ya da rəis heyəti kobud səhlənkarlıq etdi. Məhbusları Neryunqridən cəmi üç nəfər milis işçisi müşayiət etdi: İqor Smurıqin, Valeriy Varlıqa və Sergey Borş. Məhkumlara əşyaları ilə birgə çantalarını özləri ilə aparmağa icazə verildi. Görünür, təyyarəyə giriş ərəfəsində onları düz-əməlli yoxlamadılar. Nəticədə, cinayətkarlardan biri Vladimir YEvdokimov, ayaq protezində lüləsi kəsilmiş ov tüfəngi keçirdi. Silahı ona Müvəqqəti Saxlanma Təcridxanasının onunla əlbir olam əməkdaşı reşvət meqabilində vermişdi. 

Məzəli hal o idi ki, həmin bazar günü Sovet İttifaqında Hava Donanması Günü qeyd olunurdu. 

"Düşünürdük ki, tezcə Yakutska uçacağıq və geriyə- evimizdə bayram süfrəsinin bizi gözlədiyi Neryunqriyə qayıdacağıq" deyə nort baxıcısı Tatyana Yan-Çun Tay xatırlayacaqdı. 

Təyyarə yerdən yenicə ayrılmışdı ki,  digər cinayətkar Andrey Isakov naməlum predmetlə bağlamanı başı üstünə qaldırdı və qışqırdı: "İndi hamını partlatacağam!" Sonradan məlum oldu ki, onun bomba kimi qələmə verdiyi məftillərlə sarınmış təsərrüfat sabununuj bir tikəsi imiş. Lakin həmin vaxt onun hərəkətləri mühafizəçilərə lazımi psixoloji təsir göstərdi. Əsla belə bir vəziyyət gözləməyən, mühafizəçilər xidməti silahlarını müqavimətsiz  onıara verdilər və girov vəziyyətinə düşdülər. Bu vaxt YEvdokimov silahının lüləsini mövbə ilə gah bu, gah digər milisionerə tuşlayırdı. 

"O gün səhərdən ürəyinə pis şey olacağı damam serjant  Borş ayıq-sayıq idi və dərhal avtomatını İsakova tuşlayaraq  yerindən sıçradı. Silahlarını atmağı tələb edərək bir-biriləri ilə üzbəüz dayanaraq silahı atmağı tələb etməyə başıadılar. Digər ikisi isə heç tərpənmədilər də. Yalnız silaha əlmatmaq istədiklərində YEvdokimov qışqırdı ki, əgər bu işi görsələr, o, təyyarəni partladacaq " iqaçırma zamanı cəmi 16 yaşı olan və bandanın həmin vaxt ən gənc olan üzvü Konstantin Şatoxin, 2020-ci ildə verdiyi çüsahibədə danışır. (Onun ifadələri i çox vaxt hadisə ilə bağlı məlum faktlarla üst-üstə düşmür- "Gazeta.Ru").

Hadisələrin şahidi olan Şatoxinə inansaq, "bomba" sabun deyildi, dama fiqurlarıma bükülmüş üç parlaq jurnal kağızlarıma sarınmış bir batareya və məftildən ibarət idi. 

Məhkumlar köçürülmədən mulyajı  qabaqkı gecə düzəltmişdilər.

Stüardessa Yan-Çun-Tay danışır: "Artıq havada olanda məhbuslardan biri əlimə kağız parçası dürtdü:" Qızlar! Komandirə deyin ... hər şeyi partlatacağıq ... sadəcə panika etməyin. Üzr istəyirik, amma başqa çarəmiz yoxdur. Belə bir həyatdansa yaxşısı ölümdür. " Bu, təyyarə havaya qalxdıqdan 10 dəqiqə sonra baş verib. Pilot kabinəsinə getdim, qeydi verdim - əvvəlcə zarafat olduğunu düşündük.

Sonralar ekipaj üzvləri jurnalistlərə hava gəmisinin necə girov götürüldüyünün təfərrüatlarını bölüşdülər.

"Çıxdıqda  qadının gicgahına ob tüfənginin dirəndiyini və uşağın ağladığını gördüm" 2015-ci ildə verdiyi müsahibədə təyyarə bələdçisi Aleksey Kamoşin xatırlayırdı. Arada bir kreslo boş idi, mövbəti kresıoda əlində Partlayıcı maddə olan adam oturmuşdu. Konvoydan silahını aşağı salmağı xahiş etdim ancaq serjant  özü də bilmədən tətiyi çəkdi, atəş açıldı. Özümü itirdim: nə etməliyəm? Terroristləri sakitləşdirmək üçün buradamı qalım, yoxsa heyətin yanınamı qaçım, çünki hermetiklik hər an pozula və təcili eniş baş verə bilərdi, brlədə isə uçuş mühəndisi ekipaj üçün həyati əhəmiyyətə malikdir. Nə qədər qəribə olsa da, vəziyyəti cinayətkarlardan biri yüngülləşdirdi: "Narahat olma, onların üç patronu boşdur” Bundan sonra, Hava gəmisinin komamdirinin icazəsi ilə, terrorçulardan biri kaninə girdi, orada bütün uçuş ərzində bizimlə oturdu, hərdən başqa bir cinayətkarla "postu"nu dəyişirdi. "

Qaçışın digər iştirakçısı Vladimir Petrov, təyyarə  komandiri Anatoli Listopadovdan başqa yoldaşlarını da götürmək üçün Neryunqriyə qayıtmasını istədi. Komandir buna razılaşdı, ancaq yerə siqnal ötürə bildi. Aeroport təhlükəsizlik qüvvələri tərəfindən bağlandı. Eniş etdikdən sonra Tu-154-ə hücum etmədilər, quldurlarla  danışıqlara başladılar. Bu missiyanı üzərinə Yakutiya Muxtar Respublikası üzrə KQB sədrinin müavini götürdü. O Petrovun dostları ilə  mühafizəçiləri  mübadilə etməyə  nail ola bildi. Bundan əlavə, qaçıranlar iki pulemyot, iki tapança, yeddi güllədeşməz jilet, radio stansiyası və paraşüt qarşılığında bütün qadın və uşaqları sərbəst buraxmağa razılıq verdilər.

"İlk əvvəl qaçış barədə yalnız dörd nəfər bilirdi - Sergey Moloşnikov, İsakov, Petrov və Yevdokimov. Silahı təyyarəyə məhz Yevdokimovun keçirə bilməsinə və sonradan ilk rollarda İsakov ilə birlikdə onun olmasına baxmayaraq,  hər şeyin real təşəbbüskarı və təşkilatçısı Moloşnikov idi "deyə Şatoxin qeyd edir.

Moloşnikov cinayət iyerarxiyasında kifayət qədər yüksək yer tuturdu, vəziyyətə baxıtrdı - məhbuslar ona hörmət edir, onunla hesablaşırdılar. Konvoyu zərərsizləşdirmək üçün fiziki cəhətdən güclü köməkçilərə ehtiyac duyurdu.

Şatoxinin sözlərinə görə, mühafizəçilərin cəmi üç cüt əl qandalları var idi. Buna görə məhkumların əksəriyyəti əlləri açıq uçurdu.

. Листопадову преступники предложили не волноваться, пообещав сохранить ему жизнь в случае выполнения всех их требований. О том, что именно КВС сообщил о захвате авиалайнера, они так и не узнали.

İşin ciddi xarakter aldığını anlayan altı qısamüddətli cəzasını olan məhbus uçuşlarını davam etdirməkdən imtina edərək təyyarəni tərk etdilər. Beləliklə, təyyarədə 11 cinayətkar və 7  ekipaj üzvü və 29 sərnişin daxil 36 girov qaldı. Cinayətkarlar Listopadova, narahat olmamağı və  bütün tələblərini yerinə yetirəcəyi təqdirdə canını qurtaracağını vəd etdilər. Onlar heç vaxt məhz kapitanın təyyarənin ələ keçirilməsi barədə məlumat verdiyini bilmədilər.

25 il sonra Vladimir Boblov “Yakutsk Vecherniy” qəzetinə verdiyi açıqlamada təyyarəni ələ keçirmək və xaricə qaçmaq istəmədiyini etiraf etdi və digərləri ilə birlikdə Neryunqriyə getməyə çalışdığını dedi. Ancaq Sergey Şubenkov onu arxadan vurmaqla hədələdi.

Neryunqridən  Tu-154, dəstə rəhbərlərinin tələbi ilə, Krasnoyarsk şəhərinə uçdu və orada yanacaq doldurub Daşkəndə yola düşdü. Özbəkistan SSR-nin paytaxtında qaçıranları SSRİ KQB-sinin Suxumidən yeni qayıdan “Alfa” xüsusi dəstəsi gözləyirdi - orada döyüşçülər həbsxanada cinayətkarların üsyanını yatırmış və işlərini uğurla başa vurmuşdular. Daha sonra "Alfa"çılara Daşkənd hava limanında laynerə hücum üçün hazırlaşmaq tapşırığı verildi, lakin son anda komandanlıq qərarı geri götürdü. 1988-ci ildə Oveçkinlər ailəsi tərəfindən tutulan təyyarəyə uğursuz hücumun xatirələri hələ çox təzə idi: xüsusi əməliyyat onda böyük miqdarda ölü və yaralı ilə yadda qalmışdı..

Səhər təyyarə Karaçıya istiqamət götürdü. Qaçırılanların Pakistanı seçməsinin arxasındakı məntiqi başa düşmək çətindir. Bəlkə də bu ölkənin SSRİ ilə çətin münasibətləri barədə məlumatları rəhbər tutdular və geri təhvil verilməyəcəklərinə ümid edirdilər. Sovet-Pakistan münasibətləri 1960-cı ildə, Amerika pilotu Frensis Qari Pauers-in kəşfiyyat təyyarəsi Pakistan ərazisindən havaya qalxdı və Sverdlovsk (indiki Yekaterinburq) yaxınlığında vurulduqda uzun sürən böhrana girdi. 1970-ci illərin istiləşməsindən sonra Prezidentin və daha sonra Baş nazir Zülfüqar Əli Bhuttonun fəaliyyəti sayəsində 1980-ci illərdə Pakistan hakimiyyətinin Əfqan mücahidlərinə verdiyi kömək nəticəsində münasibətlər yenidən kəskin şəkildə pisləşdi.

Boblov bu ölkəni seçməyin səbəbi haqqında danışarkən bunları söyləyir: “Gənclər Hindistanda muzdlu döyüşçü kimi döyüşməyə gedəcəklərini, Pakistan və Hindistanın bəzi ştatlar üütündə münaqişə etdiklərini və yaraqlılara ehtiyac duyduqlarını söylədi. Artıq 50 yaşım var idi, harada vuruşmalıyam? "

Təcavüzkarların ümidlərinin əksinə olaraq Pakistan, nəticəsi nə olursa olsun, yalnız problemlər vəd edən Tu-154-ü qəbul etmək istəmədi. O zaman bu ölkə beynəlxalq terrorizmin sponsoru kimi tanınmaq ərəfəsində idi və sovet cinayətkarları ilə münasibətdə öz nüfuzunu pisləşdirmək istəmirdi. Belə ki, təyyarə Kəraçi üzərində təxminən saat yarım  dolaşaraq yanacaq sərf etdi və qaçaqların  liderləri necə davam edəcəyini bilmirdilər. Pakistanlılar hər halda pilotların yanacağın  tükəndiyi barədə məlumatrdikdən sonar könülsüz olaraq təyyarəni qəbul etməyə razılıq verdilər.

Yan-Çun-Tay dəqiqləşdirir ki, "Hindistan və Pakistan sərhədini keçəndən demək olar iki dəqiqə sonra iki qırıcı bizi izləməyə başladı ". - Bütün ümid yalnız Daşkənddən olan ingilis dilli şturmanımıza idi, deyir: "Eniş lazımdır, bu mülki təyyarədir, terrorçular tərəfindən qaçırıldı, kömək edin." Pakistan son anadək bizə eniş vermirdi. Naviqator ingilis dilində izah etdi ki, göyərtədə qadınlar, uşaqlar var, xahiş edirəm vurmayın, kömək edin, bizə torpaq verin, artıq yanacağımız qurtarır və nəticədə Pakistana özümüz endik. "

Hava limanında danışıqlardan sonra qaçıranlar təslim oldu. Dərhal həbsxanaya göndərildilər və sərbəst buraxılmış girovların olduğu təyyarə yenidən SSRİ-yə uçdu.

Şatoxin Pakistan zabitlərinin sovet cinayətkarlarına qarşı olduqca mehriban münasibət göstərdiklərini vurğuladı: əllə görüşürdülər, zarafat etməyə çalışırdılar və öz pullarına onlardan siqaret alırdılar. Dördüncü gün qaçıranlara SSRİ səfirliyinin nümayəndələri baş çəkdi. Şatoxinə evə qayıtmaq təklif olundu, lakin o, imtina etdi. Cinayətkarlar, onları  ölüm hökmü gözlədiyinə inanmadılar, diplomatların "onları qorxuya saldıqlarını” güman etdilər. Bu vaxt dəstənin özündə nifaq yaranmışdı. Məhkumlar üç qrupa ayrıldı.

“Müvafiq tədbirin seçilməsi üçün Karaçidəki xüsusi antiterror məhkəməsinə aparıldıq. Hakim bizə baxdı, nəsə yazdı. Heç nə soruşmadı və beş dəqiqədən sonra hamı küçəyə çıxarıldı. O anda bu məhkəmədə bizi həbsxana yurisdiksiyasına salan xüsusi xidmət orqanlarının bir əməkdaşı bizə yaxınlaşdı. Birtəhər barmaqları ilə izah etdi ki, bizə ömürlük həbs cəzası verəcəklər, bir müddət sonra apellyasiya müraciəti etmək olar, bundan sonra müddət azaldılacaq və yeddi ildən sonra azad ola bilərik. Bundan sonra bizi vəziyyətin daha pis olduğu Karaçıdakı mərkəzi həbsxanaya köçürdülər və aramızda fikir ayrılığı başladı ”deyə Şatoxin xatırlayır.

Məhkəmə il yarım davam etdi. Cinayətkarlar aclıq aksiyasına getdilər, onlardan dörd nəfəri qiyam qaldırdı və damarlarını kəsdi. Hər kəs hökmü ən qısa zamanda eşitmək istəyirdi.

“Bizi polis məktəbinə gətirən kimi dərhal hamımızı qandalladılar. Bunlar topuqlar  üzərindəki iki üzükdür, onlardan diametri üç və ya dörd santimetr olan dəmir çubuqlar uzanır. Birləşdikləri yer üzükdür. Gəzdiyiniz zaman bu üzüyü qarnınızın altından tutursunuz. Oturanda da tutursan. Yalnız yatağa gedəndə bu dəmir çubuqları sənə söykənməmələri üçün irəli atırsan. Və yeddi il yarımı bu şəkildə  keçirdim. Pakistan həbsxanalarında üç əsas cəza növü mövcuddur. Ən sadə şey çubuqlarla döyməkdir. Əvvəlcə mühafizəçilərlə əlaqə qura bilmədik. Və kamerada istilik 60 dərəcəyə qədərdir, su  çox az idi.  Hamımız Sibirliyik, istidən dəli oluruq ”Boblov danışırdı.

Nəticədə Pakistan Ali Məhkəməsi 11 nəfəri asılmaqla edam cəzasına məhkum etdi. AAzadlığı xəyal edən, Sovet həbsxanasını Pakistanınkına dəyişən qaçaqlar şok vəziyyətinə düşdülər. Bəzilərinin əsəbləri dözmədi. Petrov infarktdan öldü, Şubenkov özünə qəsd etdi, İqor Suslovu isə qətlini intihar kimi maskalayaraq yoldaşları tərəfindən qətlə yetirildi.

"Sovet səfirliyinin işçilərinə məhkumları görməyə icazə verildikdə, onlardan biri dedi:" Pakistanda bu cür qanunların mövcud olduğunu bilsəydim, Sibir çöllərində həbs çəkməyi üstün tutardım " Pakistanlı məhkumların soydaşlarımıza olduqca mehriban davranması maraqlıdır. Rusların və ukraynalıların dərhal Urdu dilini öyrənməyə başladığını, İsakov və Boblovun hətta İslamı qəbul etdiklərini bəyəndilər. Beş il sonra Pakistan Ali Məhkəməsi terrorçulara mərhəmət etdi, onların ölüm cəzasını , əvvəl ömürlük, daha sonra 14 il azadlıqdan məhrum etmə ilə əvəz etdi. Bütün bu illər ərzində Xarici İşlər Nazirliyi və SSRİ Baş Prokurorluğu, sonra isə Rusiya cinayətkarları təhvil almağa çalışdı "deyə rus mətbuatı  1998-ci ildə qaçıranların əfvindən danışarkən yazırdı. 

Şatoxinə inansaq, 1992-ci ildə məhz o birinci İslamı qəbul etdi "tamamilə şüurlu və könüllü" . İndi o, sənədsiz Donetskdə yaşayır və hələ də özünü müsəlman hesab edir. Pakistan həbsxanasında urdu dilini yaxşı öyrənmiş və yerli adət-ənənələri mənimsəmişdir. Bu, ona Pakistan məhbusları ilə ünsiyyət qurmağa kömək etdi.

Altı işğalçının əfvindən sonra Tu-154 Rusiyaya təslim edildi. Moloşnikov və Yvdokimov da daxil olmaqla dörd nəfərə təyyarəni qaçırdıqları üçün yeni iş açıldı və  15 illik həbs verildi. Prokurorun ilkin bəyanatlarının əksinə, olaraq, Pakistanda həbs çəkmələrini hesaba aldılar.

Boblovun işində fərqli bir şey ortaya çıxdı: yalnız 1990-cı ildə içki yoldaşının qətlinə görə mühakimə olundu və 2000-ci illərin əvvəllərində artıq sərbəst buraxıldı.

Yeni həyatda uyğunlaşa  bilmədikdən bir neçə il sonra Neryunqridə öldü. İsakov sərbəst buraxıldıqdan qısa müddət sonra Moskvaya yola düşdü və criminal hesablaşmalar zamanı güllələndi.

Ukrayna SSR-dən olanların - Maksim Levçenko (bir sinif yoldaşını bıçaqla öldürdü) və Şatoxinin məsələsinə  Kiyevdə baxıldı . Ukrayna onların vətənə getmələri üçün yol pullarını pul ödəmək istəmədi. Buna görə, iki il sonra - 2000-ci ilin sentyabrında sərbəst buraxıldılar: iş adamları diplomatlarla razılaşdıraraq Ukraynaya bilet almağa razı oldular. Lakin cinayət təqibindən yayınmağı bacardılar. Tu-154-ün tutulması zamanı kiçik yaşlarında olduqları üçün Rusiyanın  da Levçenko və Şatoxinə qarşı heç bir iddiası yox idi.

--

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR