Slimfit
  1. MARAQLI

Hər gün işə qədər 200km yol gedir

Hər gün işə qədər 200km yol gedir
Sakura

İşə qədər dörd saat: Endi Rossun dəlisov səfərləri

Ens.az xəbər verir ki, Endi Ross evindən 200 km məsafədə - San-Fransiskoda işləyir.

Endi Ross həftənin dörd günü Kaliforniya ştatının Obern şəhərindən San-Fransiskoya işə gedir. 200 kilometrlik yolu Endi maşın, qatar və iki avtobusla qət edir. Oraya və əksinə yol səkkiz saatdan bir az çox tələb edir, evdən səhər 6-da çıxır. Saat 10:00-da Endi ofisə çatır, amma işə noutbukla elə yoldaca başlayır. Xidmətdən 16:00-da çıxaraq 20:00-a qədər evə çatır.

Endi səkkiz il bundan əvvəl “super sərnişin” oldu, buna səbəb texnologiya şirkətindən qovulması və banka işə girməsi oldu - saat yarımdan çox yol qət edərək Kaliforniya vilayətinə işə gələn 105 min nəfərdən birinə çevrildi. Endi arvadı ilə Obernedən San-Fransiskoya köçməməyə qərar verdi, çünki orada mənzilin qiyməti daha bahadır: orta evin qiyməti 1,4 milyon dollardır - Obernedəkindən iki dəfə baha. “Mən işimi sevirəm, buna görə də mən bu dəlisov səfərləri edirəm”, - Endi etiraf edir. - Son on ildə belə sərnişinlərin sayı çoxalıb”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR