Slimfit
  1. MARAQLI

Hər gün 5 dəqiqə sərf edin və həyatınızı bir neçə il uzadın. Qədim Çin məşqi

Hər gün 5 dəqiqə sərf edin və həyatınızı bir neçə il uzadın. Qədim Çin məşqi
Sakura

Hər gün 5 dəqiqə sərf edin və həyatınızı bir neçə il uzadın. Qədim Çin məşqi

Bu məşq qədim Çin Daos təbabətinin texnikalarına aiddir. Saglamolun.az xarici KİV-lərinə istinadla xəbər verir ki, bu texnika bizim eramızdan əvvəl V əsrdə yaranıb.

Lakin indi də ondan tez-tez istifadə olunur.

Bu məşq dizlərin üzərində "gəzməkdən" ibarətdir. Yerə yumşaq xalça və ya pled salın və dizlərinizin üzərində ehtiyatla "gəzin". Məşqi 1-2 dəqiqədən başlayıb, 5 dəqiqəyə çatdırın. Məşq zamanı heç bir ağrı və narahatçılıq olmamalıdır.

Məşqin faydaları:

- dizlərin sağlamlığına müsbət təsir edir - qan dövranını yaxşılaşdırır, ağrıları və iltihabı azaldır, diz oynaqlarının elastikliyini artırır

- onurğa sütununa düşən gərginliyi azaldır, bel ağrıları zamanı yardım edir

- omba və sağrı əzələlərini möhkəmləndirir, bu nahiyələrdə arıqlamağa kömək edir (qadınlar üçün xüsusilə aktualdır!)

- bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısını alır

- böyrəklərin fəaliyyətini yaxşılaşdırır.

Bəzi xəstəlik və pozulmalar zamanı bu məşqi icara etmək olmaz - artrit, artroz, diz travması, dizdə yara

    

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR