Slimfit
  1. CƏMİYYƏT

Həmin ərazidə keçid istifadəyə verildi - İşıqfor nə vaxt qoyulacaq?

Həmin ərazidə keçid istifadəyə verildi - İşıqfor nə vaxt qoyulacaq?
Sakura

Həmin ərazidə keçid istifadəyə verildi - İşıqfor nə vaxt qoyulacaq?

Xətai rayonu 8 Noyabr prospektində əvvəllər çoxsaylı qəzaların baş verdiyi yerdə piyada keçidi istifadəyə verilib.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki,Nargilə dairəsindən Zığ şosesi istiqamətinə olan hissədə yeni salınmış keçiddə xətlənmə işləri başa çatdırılıb. Lakin sakinlər burada avtomobillərin sürətlə hərəkət etdiyini və piyadavurma hadisələrinin yenidən təkrarlanacağını bildiriblər.

Ərazidən görüntülər paylaşan jurnalist Ülkər Qasımqızı buraya işıqforun qoyulmasının vacibliyini vurğulayıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov sorğumuza cavab olaraq bildirdi ki, ərazidə işıqforun quraşdırılması planlaşdırılır: “Əməkdaşlarımız tərəfindən ümumilikdə 8 Noyabr prospektində mərhələli şəkildə yeni işıqforlar quraşdırılacaq. Qeyd olunan əraziyə gəldikdə isə, aidiyyəti dövlət qurumu tərəfindən yola piyada zolağı çəkilib və yaxın günlərdə piyada keçidi işıqforla da təmin olunacaq. Artıq işlərə başlanılıb”.

 

Qeyd edək ki, görüntüdəki ərazidə əvvəllər dəfələrlə piyadaların ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisələri baş verib. Bu hadisələrin bəzilərinin görüntüləri mediada yayılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR