Həkimlər qızın ağzından 5 il əvvəl unudulmuş əşyanı çıxartdılar
“Ölkə.Az” xəbər verir ki, həkimlər qızın ağzının çənə sümüyündən 5 il əvvəl unudulmuş cərrahiyyə alətinin iti ucunu çıxarıblar. Bu barədə “Asia One” nəşri xəbər yazıb.
33 yaşlı Krittik Rittixanın 5 il əvvəl dişini çəkiblər. Əməliyyat zamanı alətin iti ucu sınır və qızın çənə sümüyündə qalır. Həkimlər bildirilər ki, yara sağalanda dəmir özü çölə çıxacaq. Amma bundan sonra qız çənəsinin aşağı hissəsi və dilinin keyiməsindən şikayət etməyə başlayır. Bu ilin əvvəlində Rittixan mütəxəssislərə müraciət edir və məlum olur ki, alətin ucu hələ də onun çənəsindədir. Bu isə infeksiyaya səbəb olub. Stomatoloqlar əməliyyat etmək barədə qərara gəlirlər. Əməliyyat nəticəsində alətin ucu qızın çənəsindən çıxarılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət