Slimfit
  1. CƏMİYYƏT

Həkimlər ixtisaslarına görə nə qədər əlavələr alırlar - RƏSMİ

Həkimlər ixtisaslarına görə nə qədər əlavələr alırlar - RƏSMİ
Sakura

Həkimlər ixtisaslarına görə nə qədər əlavələr alırlar - RƏSMİ

Həkimlərin maaşları ixtisasa müvafiq olaraq dəyişir. Bəzi həkimlər sabit, bəziləri isə işin nəticələrinə görə əlavələr alırlar.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnvestisiya şöbəsinin müdiri Yadigar Mahmudzadə deyib.

O bildirib, sabit əlavələr alan həkimlər sırasına həkim-fitiziatr, hematoloq, hemodializ şöbəsinin həkimləri sabit əlavələr alır:

“Həkim fitizatr, hematoloq 300 manat, hemodializ şöbəsinin həkimləri 360 manat, Ailə Sağlamlıq Mərkəzində çalışan mamaginekoloqlar 480 manat əlavələr alır. Ailə həkimi ixtisası üzrə çalışanlar isə 300 manat sabit əlavələr alır.

Bununla yanaşı, birinci qrup tibb müəssisələrində çalışan həkim 240 manat, ikinci və üçüncü qrup tibb müəssisələrində isə 340 manat sabit əlavələr alırlar”.

“Bir qisim ixtisaslar isə işin nəticələrinə görə bonuslar alırlar. Bunlar terapevtik, cərrahi ixtisaslar, radiologiya şöbəsinin işçiləridir ki, ay ərzində görülən işin nəticələrindən asılı olaraq hesablanır və növbəti ay bonuslar ödənilir”, - deyə Y.Mahmudzadə qeyd edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR